“Dünyada İKT üzrə ən qabaqcıl biliklərin əldə olunması və cəmiyyətə ötürülməsi əsas hədəflərdəndir”
Tarix: 14.10.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər
Akademik Rasim Əliquliyev:
“İKT-nin elmi-nəzəri problemlərini araşdırmaq və dünyanın aparıcı elmi bazalarına məqalələr təqdim etməklə informasiya cəmiyyətinin inkişafına öz töhfələrimizi verməliyik”

Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Prezidentin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012)”nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda ölkədə İKT-nin inkişafı ilə bağlı məsələlərə toxunacağıq.
Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulub.

İKT-nin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, Dövlət Proqramına əsasən, İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı və bu sahə üzrə elmi-texniki potensialın gücləndirilməsi, e-vətəndaş, kadr hazırlığı, milli kontentin inkişaf etdirilməsi və s. üzrə 15 istiqamətdə tədbirlərin AMEA-nın birbaşa iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, İKT-nin elmi-nəzəri problemlərinin araşdırılması informasiya cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Akademik Rasim Əliquliyev beynəlxalq konfransda çıxışı zamanı hazırda ölkədə İKT-nin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini, İKT-nin müxtəlif sahələrdə tətbiqi ilə bağlı çoxsaylı islahatların həyata keçirildiyini, bu məqsədlə müvafiq dövlət proqramları, strategiya və sərəncamların qəbul olunduğunu vurğulayıb. R.Əliquliyev bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” bu sahənin inkişafında xüsusi rola malikdir.

“Dövlət proqramına əsasən, İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı və bu sahə üzrə elmi-texniki potensialın gücləndirilməsi, e-vətəndaş, kadr hazırlığı, milli kontentin inkişaf etdirilməsi və s. üzrə 15 istiqamətdə tədbirlərin AMEA-nın birbaşa iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur”

Alimin sözlərinə görə, Dövlət proqramında 49 istiqamət üzrə konkret vəzifələr müəyyənləşdirilib, 2020-ci ilədək təhsil və elm işçilərinin müvafiq qurumlarla birgə bu vəzifələr üzərində fəaliyyət göstərməsi tapşırılıb. “İKT-nin elmi-nəzəri problemlərini araşdırmaq və dünyanın aparıcı elmi bazalarına məqalələr təqdim etməklə informasiya cəmiyyətinin inkişafına öz töhfələrimizi verməliyik”, - deyə bildirən alim, həmçinin bu yaxınlarda dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı ilə AMEA arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Bildirib ki, əməkdaşlıq nəticəsində AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssis “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcək. R.Əliquliyev bu kimi əməkdaşlıq əlaqələrinin qurulmasının Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd edib, gələcəkdə səmərəli elmi axtarışların aparılması, innovativ elmi nəticələrin əldə olunması baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini vurğulayıb.

İnstitut əməkdaşları İKT sahəsində keçirilən ölkədaxili və beynəlxalq konfranslarda, seminar və treninqlərdə fəal iştirak etməlidir
AMEA-nın akademik-katibi rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında çıxışı zamanı qeyd edib ki, dünyada İKT üzrə ən qabaqcıl biliklərin əldə olunması və cəmiyyətə ötürülməsi institutun əsas hədəflərindəndir. Alim rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin günü-gündən genişləndiyini, prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını qeyd edib. Alim bu məqsədlə elmə həvəsi olan gənc kadrların quruma cəlb olunmasının vacib məsələlərdən olduğunu deyib. R.Əliquliyev institutun fəaliyyəti - burada həyata keçirilən innovativ layihələr və əldə olunan mühüm elmi nəticələrin kütləvi informasiya vasitələrində təbliğinin zəruriliyini vurğulayıb. Eyni zamanda institut əməkdaşlarını İKT sahəsində keçirilən ölkədaxili və beynəlxalq konfranslarda, seminar və treninqlərdə fəal iştirak etməyə, öz biliklərini ictimaiyyətlə bölüşməyə çağırıb. Alim son zamanlarda elm sahəsində plagiatlıqla bağlı ciddi problemlərin mövcud olduğunu qeyd edərək, bu kimi halların qarşısının alınması, elmi tədqiqatların beynəlxalq tələblərə uyğun və şəffaf şəkildə aparılması məqsədilə mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, “Elm haqqında” qanunda da plagiat və piratçılıqla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib. İKT üzrə yeni elmi istiqamətlərin hər zaman institutun diqqət mərkəzində olduğunu vurğulayan akademik proqram mühəndisliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı tövsiyələrini səsləndirib. R.Əliquliyev, həmçinin elmi araşdırmaların səmərəli şəkildə aparılması və mühüm nəticələrin əldə olunması üçün müasir dövrün ən böyük tələblərindən olan ingilis dilini öyrənməyin önəmini xüsusi qeyd edib. Bu məqsədlə institutda dil kurslarının təşkili və əməkdaşların bu kurslarda fəal iştirakının vacibliyini önə çəkib. Sonra institutun ümumi şöbəsinin müdiri Dinara Zeynalova çıxış edərək cari ilin iyun-sentyabr ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqlar və onların icra vəziyyəti haqqında məlumat verib. O, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. Daha sonra şöbə müdiri Mədinə Səidova institutun struktur bölmələrinin 2016-cı ilin I yarısı üçün hesabatlarının nəticələri, əməkdaşlar tərəfindən hazırlanmış kitab, ekspress-informasiya, tezis və məqalələr, doktorant və dissertantların dissertasiya işlərinin müdafiəsi, institutun təşkilatçılığı ilə keçirilmiş konfranslar, o cümlədən qrant layihələri barədə ətraflı məlumat verib. Sonda institutun fəaliyyətinin daha səmərəli təşkili, kadr potensialının artırılması, elmi fəaliyyətin gücləndirilməsi və əmək intizamının artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra kadr məsələləri müzakirə olunub.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info