BRIKS “yeni dünya nizamı”nda yer ala biləcəkmi?
Tarix: 14.10.2016 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


"Kommersant": “Braziliya və Cənubi Afrikada daxili problemlər, Hindistanın Qərblə yaxınlaşması və Pekinlə Dehli arasındakı ziddiyyətlər birliyin gələcək prespektivlərini qaranlıq kimi göstərir”

Bu gün Hindistanın Qoa şəhərində Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası liderlərinin iştirakı ilə BRIKS-in illik sammiti başlayır. Təşkilatın səkkizinci forumu onun tarixində ən çətin tədbir kimi dəyərləndirilir.
Baxmayaraq ki, "yeni dünya nizamı" yaratmaq vəzifəsini qarşısına məqsəd qoymuş bu təşkilat dövlətlər birliyi olmaq baxımından Avropanın aparıcı institutları ilə müqayisədə öz mövqeyini itirməkdədir. Braziliya və Cənubi Afrikada daxili problemlər, Hindistanın Qərblə yaxınlaşması, bununla yanaşı, Pekinlə Dehli arasındakı ziddiyyətlər BRIKS-in gələcək perspektivlərini qaranlıq kimi göstərir. Səfər ərəfəsində BRICS-in əsas vəzifəsini Rusiya KİV-lərinə verdiyi açıqlamada xatırladan Vladimir Putin təşkilatı “çoxqütblü dünyanın əsas elementlərindən” biri kimi dəyərləndirib. Onun sözlərinə görə, təşkilata üzv olan beş dövlət beynəlxalq hüququn prinsiplərinə bağlı olaraq BMT-nin rolunun möhkəmlənməsinə dəstək verməklə yanaşı, digər dövlətlərin suverenliyinin pozulmasına qarşı çıxış edirlər. Lakin bütün bu açıqlamalara baxmayaraq, Rusiyanın “Kommersant” nəşrinin də etirafına görə, hələ də forumun birgə bəyannaməsinin layihəsi razılaşdırılmayıb. Ümumiyyətlə, təşkilat haqqında üzv ölkələrinin səlahiyyətli nümayəndələrinin nikbin bəyanatlarına baxmayaraq, beş ölkənin bir çox halda fərqli yanaşma ortaya qoyması birliyin gələcəyini qeyri-müəyyən edir. Bundan əlavə, təşkilatın son Ufa forumundan sonra yaranmış suallar daha çox Braziliya və Cənubi Afrikadakı radikal dəyişikliklərlə bağlıdır. Braziliya iqtisadiyyatında çevriliş edəcəyi güman edilən prezident Dilma Russelfin vəzifəsindən kənarlaşdırılması bu ölkənin siyasətində müəyyən dəyişiklik ehtimalını artırıb. Belə ki, sol düşərgəyə məxsus sabiq prezident “ABŞ diqtəsi”nə qarşı çıxış edirdisə, yeni prezidenti Mişel Temer əksinə, ABŞ-la əməkdaşlığın lehinə çıxış edir. Cənubi Afrikada isə xroniki siyasi qeyri-sabitlik fonunda iqtisadi böhranı yaşanır. Bu ölkələr hər hansı layihənin həyata keçirmək iqtidarında deyil. “Artıq BRIKS-in ciddi rolundan danışmaq Braziliya və Cənubi Afrikada o qədər də önəm kəsb etmir. Bunu təşkilatın ciddi problemlərlə üzləşdiyi kimi də qəbul etmək düzgün olmazdı”- deyə rusiyalı ekspert Yuriy Tavrovskiy bildirib. Onun fikrincə, Rusiya və Çinin birliyin yaşamasında maraqlıdır: “Bu təşkilat Avrasiyada irimiqyaslı inteqrasiya layihələrinin həyata keçirilməsi üçün hər iki dövlət üçün bir vasitədir”. "Kommersant" nəşri Çinin diplomatik mənbələrinə istinadən yazır: “Braziliya və Cənubi Afrikada yaşananlar BRIKS-in hazırkı çətinliklərlə üzləşməsinin əsas səbəbi deyil. Son illər Dehlinin Qərbə meyl etməsindən sonra, BRIKS Pekin və Moskvanın timsalında “iki təkər” üstündə irəli getməkdə davam edir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Kaliforniyada odlu silahdan açılan atəş nəticəsində beş nəfər ölüb
17.11.2019
Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq
16.11.2019
Fransada “sarı jiletlilər“in aksiyasında 100-dən çox etirazçı saxlanılıb
16.11.2019
İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü
16.11.2019
Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info