Pakistan “Şimal-Cənub” nəqliyyat dəhlizinə maraq göstərir
Tarix: 15.10.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətində təmsil olunan, Pakistanın Baş nazirinin xarici işlər üzrə xüsusi müşaviri Said Tariq Fatemi ilə keçirdiyi görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, nəqliyyat və tranzit imkanlarına dair təqdimat keçirilib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Şahin Mustafayev Azərbaycan və Pakistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini vurğulayıb. Qeyd olunub ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan əlverişli geostrateji mövqeyə və tranzit imkanlarına malikdir. Azərbaycanda müasir standartlara cavab verən nəqliyyat infrastrukturu yaradılıb, ölkəmiz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və bu yaxınlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin fəal iştirakçısıdır. Hazırda “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində işlər davam etdirilir. “Şimal-Cənub” nəqliyyat dəhlizinin digər alternativ dəhlizlərdən üstünlüyü barədə danışan Şahin Mustafayev bildirib ki, dəhlizin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisi 2016-cı ilin sonunadək yekunlaşdırılacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda limanın ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır. Bu yaxınlarda Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə müqavilə imzalanıb. Nazir görülən tədbirlərin Azərbaycanın beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağı kimi rolunu daha da artırdığını, ölkəmizin tranzit imkanlarını genişləndirdiyini vurğulayıb, Pakistanın “Şimal-Cənub” nəqliyyat dəhlizinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana biləcəyini diqqətə çatdırıb. Pakistanın Baş nazirinin xarici işlər üzrə xüsusi müşaviri Said Tariq Fatemi Pakistan-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdiyini bildirib, ölkəsinin nəqliyyat infrastrukturu barədə məlumat verib. Said Tariq Fatemi Pakistanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə maraq göstərdiyini vurğulayıb. Görüşdə Azərbaycan və Pakistan arasında əczaçılıq, turizm, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info