Almaniyada erməni işğalı haqqında kitab nəşr edilib
Tarix: 17.10.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr olunub.
Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında yer alıb.
 
Kitabı fərqləndirən digər xüsusiyyətlərdən biri odur ki, M. R. Hess Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamla bağlı ayrıca yarımfəsil ayırıb, Ermənistanın bəzi hökumət üzvlərinin, xüsusilə prezident Serj SarkisyanınXocalı qırğınının iştirakçısı olduğunu qeyd edib.
 
M. R. Hess münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, münaqişənin həllində qaçılmaz ilk şərt bundan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmalıdır: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların vətənə dönüş hüququ təmin olunmalıdır”.
 
Müəllif nəticə hissəsində yazır ki, 2016-cı ilin aprelindəki hadisələr Dağlıq Qarabağ münaqişəsinin Avropanın cinahında açıq yara olaraq qaldığını göstərib.
 
Poliqlot alim M. R. Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı, regionun arxivlərindəki Azərbaycan, erməni, gürcü, eləcə də türk, yunan və fars dilindəki mənbələr və KİV materiallarından da istifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
27.11.2020
İranın nüvə alimi öldürüldü
27.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
27.11.2020
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilər saxlanılıblar
26.11.2020
Fransanın 8 senatoru verdikləri səsi geri götürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info