Sabirabadda inşa edilən yol 20 min əhalinin gediş-gəlişini asanlaşdıracaq
Tarix: 17.10.2016 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi uğurla davam etdirilir.
 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni (yol yatağı) 10 metrdir.
 
Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 19 km-lik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 km-lik hissəsində yenidənqurma işləri aparılır. Layihəyə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yerinə karbonat materialı tökülərək kipləşdirilir. Daha sonra qum-çınqıl və  optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə 43 km-lik yolun 258 min kvadratmetr sahəsinin asfaltla örtülməsi nəzərdə tutulub.
 
Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir, 35 ədəd su keçidi və su borusunun tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.
 
Qeyd edək ki, avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inkişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info