“Kənd təsərrüfatı məhsullarımız nəinki Rusiyada, MDB məkanında yaxşı tanınır”
Tarix: 18.10.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Bəzi məhsullar üzrə gömrük rüsumlarının artırılmasında məqsəd daxili bazarın qorunmasıdır.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
 
“Mal çeşidləri ilə tanış olsaq, biz görərik ki, burada ən çox meyvə, tərəvəz və şirələr üçün gömrük rüsumları artırılıb. Bəzən KİV nümayəndələri deyirlər ki, alkoqollu içkilərin də gömrük rüsumları artırılıb. Amma belə deyil, orada söhbət alkoqolsuz içkilərdən gedir”, - deyə A.Əliyev qeyd edib.
 
Komitə sədrinin sözlərinə görə, gömrük rüsumlarının artırılması ilə bağlı təklif bir neçə təşkilatdan daxil olub.
 
“Burada əsas məqsəd daxili bazarın qorunmasıdır. Bu barədə əvvəllər də demişdim. Səmimi desək, bu gün Azərbaycanda toyuq məhsulları və yumurta idxalatda rəqəm olaraq böyük bir yer tutmur. Sadəcə olaraq daxili bazarın qorunması ilə bağlı bu, bizə lazım idi. Keçən il Rusiya Gömrük Xidməti ilə yaşıl koridorun tətbiqini nəzərdə tutan sənəd imzalamışıq. Biz həm ərzaq təhlükəsizliyini yerinə yetirməliyik, həm də ölkə üçün ixracyönümlü məhsulların istehsalına şərait yaratmalıyıq. Azərbaycanın kənd təsərrüfatı məhsulları nəinki Rusiyada, o cümlədən MDB məkanında yaxşı tanınır. Biz də şərait yaratmalıyıq ki, ixracı daha da inkişaf etsin. Bu addım qiymət artımına səbəb olmayacaq. Məqsəd daxili istehsalın qorunması və daha da inkişaf etdirilməsinə nail olmaqdır”, - deyə komitə sədri bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info