Sürətli kompüter interfeysi yaradılır
Tarix: 18.10.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


"Google", "IBM", "Samsung", "Dell", "Micron", "HP Enterprise", "ARM" və "Nvidia" şirkətləri daxil olmaqla nəhəng İT şirkətləri kompüter komponentləri üçün yüksəksürətli interfeysi inkişaf etdirən konsorsium yaradıblar. İnterfeys "Open Coherent Accelerator Processor Interface" ("OpenCAPI") adlandırılıb.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, sözügedən interfeys böyük məlumatların emalı, təhlil və kompüter təlimi ilə bağlı məsələlərin həllində məlumat mərkəzlərinin məhsuldarlığını yüksəltmək üçün nəzərdə tutulub.
İnterfeys daşıyıcı, yaddaş modulları, qrafik və mərkəzi prosessorların kompüter sistemlərinə qoşulması üçün nəzərdə tutulub, amma "PCI-Express 3.0" interfeysindən fərqli olaraq, məlumatların ötürülməsi 10 dəfə daha sürətlidir.
Konsorsium 2016-cı ilin sonunadək "OpenCAPI" spesifikasiyalarını təsdiq etməyi planlaşdırır. Yeni interfeysdən istifadə edən server və başqa avadanlığın çıxarılması 2017-ci ilin ikinci yarısına nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
07.08.2020
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
06.08.2020
İlk dəfə elektrik motorlu təyyarələrə uçuş sertifikatı verildi
06.08.2020
Türkiyәdә qeyri-adi evlilik tәklifi
06.08.2020
Yaxın Şərqin ən uğurlu 10 qadını

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info