Azərbaycanın və Litvanın tibb universitetləri əməkdaşlıq edəcək
Tarix: 18.10.2016 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Ölkəmizdə səfərdə olan Litvanın Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli ilə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Litvanın Sağlamlıq Elmləri Universitetinin nəzdindəki Kardiologiya İnstitutunun direktoru, professor Rimantas Benet təmsil etdiyi tibb müəssisəsi haqqında məlumat verib. O, Kaunasda yerləşən bu universitetdə tibbin bütün növləri üzrə kadrlar hazırlandığını deyib: “Biz veterinar da hazırlayırıq. Bu, bizim üçün böyük potensial deməkdir və dövlətə ən böyük xidmətdir. Çünki yetirmələrimiz həm gömrük, həm də kənd təsərrüfatı sistemində işləyirlər, insanlar üçün ən önəmli olan qida keyfiyyətinə nəzarət edirlər. Biz indi həkimlərdən daha çox tibb bacılarının səviyyəsinin artırılması üzrə işləyirik. Çünki ictimai səhiyyə üzrə hazırlanan işçilər hər cür müəssisələrdə - məktəblərdə, uşaq bağçalarında işləyirlər və onların bilik səviyyəsinə arxayın olmalıyıq”. Qonaq bildirib ki, özündə bütün ixtisasları birləşdirən Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində klinikalar, hətta apteklər də vardır.
Daha sonra qonaqlar Litva Sağlamlıq Elmləri Universitetinin idarəetmə və tədris sistemindən danışaraq bildiriblər ki, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq etmək arzusundadırlar.
Gəray Gəraybəyli bir müddət əvvəl Litva Sağlamlıq Elmləri Universitetində olduğunu, burada təhsil və praktika üçün gözəl şərait yaradıldığını vurğulayıb. Rektor hazırda ATU-da tələbələrin praktiki bacarıqlarının artırılmasına daha çox diqqət ayrılmasına ehtiyac olduğunu bildirib: “Universitetimizdə nəzəri biliklər kifayət qədər yüksək səviyyədə tədris olunur. Lakin tələbələrin praktiki bacarıqları ilə bağlı müəyyən problemlər var. Biz bu sahədə Türkiyə universitetləri ilə sıx əməkdaşlıq edirik. Hətta ATU-nun stomatologiya fakültəsini bitirən məzunların diplomları Türkiyədə tanınır və təsdiqlənir, gənclərin orada rezidenturada oxumaq şansı yaranır”.
Azərbaycanda tibb təhsilinin tədrisinin təşkili haqqında məlumat verən Gəray Gəraybəyli ölkəmizdə bu istiqamətdə bir neçə müəssisənin fəaliyyət göstərdiyini qeyd edib: “ATU-da yalnız diplomlu həkimlər hazırlanır. Bundan əlavə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və tibb bacıları hazırlayan kollec də mövcuddur. Gələcəkdə bu müəssisələrin birləşdirilməsi haqqında planlar hazırlanır və islahatlar yolu ilə bu planların həyata keçirilməsi reallaşdırılır”.
Professor G.Gəraybəyli tədris metodikasında ciddi dəyişikliklərə ehtiyac olduğunu, bir sıra fənlər üzrə proqramların köhnəldiyini bildirib: “ATU-da kafedra işçilərinin akkreditasiyadan keçirilməsi meyarlarının hazırlanması üçün komissiya yaradılıb. Digər tərəfdən biz universitetin nizamnaməsini də hazırlayırıq. Birinci kursun proqramında dəyişikliklər edilməsi, bəzi fakültələrin adlarının və hazırlanan kadrların ixtisasının dəyişdirilməsi, daha da dəqiqləşdirilməsi ilə bağlı planlar hazırlanıb”.
Rektor səsləndirdiyi məsələlər üzrə Litva Sağlamlıq Elmləri Universitetinin təcrübəsindən yararlanmaqda və bu tibb ocağı ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Müzakirələr zamanı tezliklə bu istiqamətdə konkret addımlar atılmasına, qarşılıqlı müqavilənin hazırlanıb imzalanmasına qərar verilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir
02.08.2020
Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb
02.08.2020
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info