Erməni ekspertlər: “Rusiya-Ermənistan münasibətlərində narazılıq var”
Tarix: 18.10.2016 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Stepan Qriqoryan:
“Ermənistanın təqdim etdiyi namizədin Rusiya tərəfindən bəyənilmədiyi qeyd edilir. Bu məsələdə Azərbaycanın mövqeyinin böyük rol oynadığı şübhəsizdir. Rusiyanın regionda həyata keçirdiyi siyasətlə bağlı Ermənistanda ciddi narahatlıqlar var”

Erməni ekspertlər son vaxtlar baş verən hadisələr fonunda Rusiya-Ermənistan münasibətlərində narazılıq olduğunu etiraf edirlər. Daha doğrusu, erməni ekspertlər Rusiyanın Ermənistana dövlət kimi hörmətlə yanaşmadığını qeyd edirlər. Putinin son İrəvan səfəri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı fonunda münasibətlərin analizi yenidən gündəmə gəlib.
Erməni ekspertlərin iştirakı ilə keçirilən toplantıda Qloballaşma və regional əməkdaşlıq mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan bildirib ki, Rusiya-Ermənistan münasibətlərində ciddi problemlər var və rəsmi İrəvan bu problemləri gizlətməklə məşğuldur: “KTMT-nin İrəvanda keçirilən toplantısından əvvəl və sonra səsləndirilən bəyanatlar ortada ciddi problemlər olduğunu deməyə əsas verir. Toplantıdan bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Peskov bəyan etdi ki, İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bəyanat qəbul edilməyəcək. Amma brifinqdə Sərkisyan bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub və müvafiq bəyanat qəbul edilib. İkinci ciddi ziddiyyət Türkiyə ilə bağlıdır. Tədbirdən bir neçə gün əvvəl Ermənistanın xarici işlər nazirinin müavini bildirdi ki, Türkiyənin nizamlanmaya heç bir dəxli yoxdur. Amma onun bu bəyanatından sonra Rusiyanın xarici işlər naziri bildirdi ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynaya bilər. İki dövlət rəsmilərinin bir-birini təkzib edən bəyanatlar verməsi arada ciddi problemlər olduğunu və siyasi təmasların olmadığını göstərir. Üçüncü məqam təşkilata baş katibin seçilməməsidir. Rotasiya qaydasında seçimə görə bu dəfə erməni tərəfinin namizədi təşkilata baş katib seçilməli idi. Amma İrəvanda keçirilən toplantıda erməni tərəfinin təqdim etməli olduğu namizədin seçimi olmadı.

Aşot Yegizaryan: “Ermənistan, xarici borcu sürətlə artan, tənəzzül edən, izolyasiyada olan, Avrasiya İttifaqına üzv olan ölkələrlə ümumi sərhədi olmayan dövlətdir”

Ermənistanın təqdim etdiyi namizədin Rusiya tərəfindən bəyənilmədiyi qeyd edilir. Bu məsələdə Azərbaycanın mövqeyinin böyük rol oynadığı şübhəsizdir. Rusiyanın regionda həyata keçirdiyi siyasətlə bağlı Ermənistanda ciddi narahatlıqlar var. Ermənistan rəhbərliyi hər şeyi gizlədir. Amma reallıqda münasibətlər çox gərgindir”. Politoloq qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqı ilə bağlı ümidləri də özünü doğrultmayıb: “Biz birliyə daxil olmağın Ermənistana heç nə verməyəcəyini bildirəndə, rəsmilər israrla deyirdi ki, Rusiya bizim təhlükəsizliyimizə təminat verir. Amma aprel ayında baş verən döyüşlər Rusiyanın verdiyi təminatın necə olduğunu ortaya qoydu. Aprel döyüşləri göstərdi ki, Ermənistana gələndə nə təhlükəsizlik olur, nə kollektivçilik, nə də kollektiv təhlükəsizlik”. Ekspert Stepan Səfəryan isə bildirib ki, İrəvan sammiti Rusiya istisna olmaqla digər üzv dövlətlərin təhlükəsizlik sahəsində öz maraqlarını reallaşdırmaq iqtidarında olmadığını göstərib. Erməni iqtisadçı Aşot Yegizaryan isə bildirib ki, Rusiya rəsmilərinin “Ermənistan Avrasiya inteqrasiyasının mərkəzi ola bilər” sözlərini minimum halda ironiya kimi qəbul etmək olar: “Nə inteqrasiya, nə mərkəz? İnteqrasiyanın mərkəzi Rusiyadır. Bu ölkə iqtisadi potensialına görə böyük imkanlara malikdir. Ermənistan isə tənəzzül edən, izolyasiyada olan, Avrasiya İttifaqına üzv olan ölkələrlə ümumi sərhədi olmayan dövlətdir. Biz idxaldan asılı olduğumuz halda necə mərkəz ola bilərik? Ermənistanın xarici borcu sürətlə artır. Ölkə ciddi siyasi-iqtisadi problemlərlə üz-üzə qalıb. Vəziyyət o qədər çətindir ki, bunu yeni baş nazir də etiraf edir. Avrasiya İttifaqı üzvlük ölkəyə heç nə vermədi. Əksinə, Ermənistan tam izolyasiyaya düşərək bütün iqtisadi perspektivlərini, Qərb və İranla münasibətlərini inkişaf etdirmək imkanlarını itirdi”
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info