UNEC-də yenilik: “Elm aylığı”
Tarix: 18.10.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı”na start verilib. Bununla bağlı, UNEC-də geniş tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq, oktyabr ayının 10-dan etibarən silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının da qatılacağı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr və xüsusi diskussiyalar təşkil olunacaq.
“Elm aylığı”nda “Elmin insan inkişafında rolu”, “Elmi tədqiqatlarda İKT-nin rolu”, “Elm və təhsil vəhdətinin yeni dizaynı”, “UNEC-də elmi və pedoqoji kadrların hazırlığı məsələləri” və digər mövzuda müzakirələr aparılacaq. UNEC-də “Elm aylığı” çərçivəsində fakültələrdə tematik dəyirmi masalar təşkil ediləcək, eyni zamanda iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələr dinləniləcək. “Elm və təhsilin vəhdəti” mövzusunda TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan “Elm aylığı”na daxil edilib. “Ümumdünya Elm Günü” münasibəti ilə noyabr ayının 10-da keçiriləcək son toplantıda “Elm aylığı”na yekun vurulacaq və müvafiq komissiya tərəfindən qiymətləndirilən elmi məqalələr müsabiqəsinin qalibləri mükafatlandırılacaq. “Elm aylığı” çərçivəsində UNEC-in tədqiqatçı alimləri ilə yanaşı, ölkənin nüfuzlu elm adamları və ekspertlərinin iştirakı ilə “İqtisadiyyat üzrə nobel mükafatçıları haqqında məruzələr” mövzusunda tədbir keçirilib. UNEC rektoru, professor Ədalət Muradov “Elm aylığı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, UNEC artıq uzun müddətdir ki, “Elm günləri”, “ Elm həftəsi”nə ev sahibliyi edir. “Elm aylığı”nın əsas məqsədi UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdən ibarətdir. Ə.Muradov universitetdə pedoqoji heyətlə tədqiqatçı alimləri bir-birindən ayırmağın vaxtının çatdığını, təqdiqat apara biləcək alimləri müəyyən etməyin vacib olduğunu xüsusi vurğulayıb. UNEC rektoru deyilənləri reallığa çevirmək üçün görülən işlərdən və həyata keçiriləcək layihələrdən danışıb. Bildirib ki, nüfuzlu elmi jurnallarda məqaləsi çap edilən UNEC əməkdaşlarına artıq mükafatlar verilir. Tədqiqatçı alimləri bir araya gətirmək üçün “UNEC ekspert” jurnalı dərc edilir. “Hədəfimiz UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməkdir” deyən Ə.Muradov məqsədə çatmaq üçün təkliflərini səsləndirib: Magistrlər və doktorantlar elm rəhbərlərini seçərkən UNEC-in reytinq siyahısında elmi fəaliyyəti ilə fərqlənənlərə üstünlük verilsin. “XXI əsr Tədris Mərkəzi”nin rəhbəri Etibar Əliyev bildirib ki, Nobel mükafatının sahiblərinin müəyyənləşdirilməsi dünyanın diqqət mərkəzində olan bir hadisədir. Bu baxımdan, UNEC-də “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin dinlənilməsi təqdirəlayiqdir. Sonra E.Əliyev “Nobel mükafatı və Bakı fondu” mövzusunda təqdimatla çıxış edib. Nobel mükafatının tarixi, verilmə qaydaları və statistikası haqqında danışıb. Mükafatın təsis olunmasında Bakı neftinin rolununu vurğulayıb. Tədbir müzakirələrlə davam edib. İştirakçılar UNEC-in kitabxanasında iqtisadiyyat üzrə Nobel mükafatçılarına həsr edilən guşənin yaradılması, guşənin zəngin kitablarla təmin edilməsi təklifi ilə çıxış ediblər. “Elm aylığı”na dair kitabın nəşr edilməsi, UNEC-in rəsmi saytında məlumatların yerləşdirilməsi, RadioUNEC-də müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulayıblar. Təkliflərin icrası ilə bağlı müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Tədbir UNEC-in rəsmi “Facebook” səhifəsindən canlı yayımlanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
03.08.2020
Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib
03.08.2020
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü
03.08.2020
İlanların təhlükəsindən qorunmaq üçün təklif: Serpentoloqlardan ibarət qurum yaradılsın
02.08.2020
Azərbaycanda 286 nəfər koronavirusa yoluxdu, 639 nəfər sağaldı, 8 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info