“Bakcell” “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin nəticələrini elan edir
Tarix: 19.10.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində Bakı SOS Uşaq Kəndində yaradılan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” bütün lazımi avadanlıqlarla təchiz edilib. 68 nəfər gənc bu mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi və mühasibatlıq kurslarını müvəffəqiyyətlə bitirib. Təlimləri uğurla bitirən gənclər sırasından 5 nəfər isə artıq öz kiçik biznesini quraraq işləməyə başlayıb. Bununla yanaşı, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsində gənclərin məşğulluğu bölümü yaradılıb. Bu layihə çərçivəsində mərkəzdə keçirilən təlim və kursları tamamlayan 50 nəfər gəncin CV-ləri həmin bölümə əlavə edilib. Bölümdə həmçinin sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və məşğulluq imkanlarının əldə edilməsi üçün əlavə faydalı məlumat var. Bölümə keçid:
Qeyd edək ki, bu layihə SOS UK Azərbaycan Assosiasiyasının benefisiarlarını və Təhsil Nazirliyinin tabeçiliyində olan müvafiq qurumların xidmət etdiyi uşaqları və gəncləri əhatə etməklə onların məşğulluq imkanlarının genişləndirilməsi və bu sahədə bilik və səriştələrinin artırılması üçün həyata keçirilib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərdir.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım
22.08.2019
Gürcüstanda meşə yanğınının miqyası genişlənib
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info