“Folklor və dövlətçilik”
Tarix: 19.10.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib.
Tədbir Prezidentin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar təşkil olunub. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin - müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənəsinin bərpasıdır. Məhz milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb. Milli dövlətçilik ideyalarının ilkin yaradıcılarından birinin folklor olduğunu deyən akademik qeyd edib ki, bu elm sahəsi milli-mənəvi sərvətlərimizin, milli təfəkkürümüzün xəzinəsidir. Folklorda həm ümummilli ideyalar, həm də milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb. Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətlərindən və elmi problemlərindən danışan İ.Həbibbəyli bildirib ki, konfransın təşkilinin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır. Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov folklorun tarixindən, müasir dövrdə bu elm sahəsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, folklorda dövlətçilik ideyaları hələ eramızdan əvvəl yaranıb və bu, əfsanələrdə əksini tapıb. Sonrakı ədəbiyyatda da dövlətçilik ənənələri yer alıb. Bu ideyalar əsasında yaranan “Kitabi-Dədə Qorqud” dastanı dövlətçiliyə həsr olunmuş bədii örnəkdir. Tədbirdə “Heydər Əliyev siyasi kursu və folklor”, “Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının aktual problemləri”, “Azərbaycan folkloru ümumtürk folkloru kontekstində”, “Azərbaycan mühacirət folklorşünaslığı müasir elmimizdə”, “Türk dövlətçilik ənənəsində simvollar” və digər mövzularda məruzələr dinlənilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
07.08.2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
07.08.2020
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası
05.08.2020
Premium markalı yanacağın qiyməti qalxdı
05.08.2020
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general Polad Həşimovun adı verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info