Tokioda Azərbaycan haqqında yeni bələdçi nəşrin təqdimatı keçirilib
Tarix: 19.10.2016 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Tokioda ölkəmiz haqqında “Azərbaycan - Land of fire” adlı yeni bələdçi nəşrin təqdimatı keçirilib. Tədbirdə yapon iş adamları ilə yanaşı, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Nəşrin müəllifi, “Bross Border Club” şirkətinin prezidenti Kazuyası İşida bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Yaponiyadakı səfirliyinin köməyi ilə yapon dilində buraxılan nəşrin məqsədi yapon turizm həvəskarlarını regionun lider dövləti olan Azərbaycan haqqında daha ətraflı məlumatlandırmaqdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü qeyd etdiyini vurğulayan K.İşida ölkəmizin bu bayrama böyük uğurlarla gəldiyini bildirib. Qeyd edib ki, sürətli və dinamik inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb edən Azərbaycan füsunkar təbiəti, tarixi abidələri, zəngin mədəniyyəti və müasir tikililəri ilə turizm həvəskarlarını özünə cəlb edir. Müəllif əmin olduğunu bildirib ki, yüksək poliqrafiq keyfiyyəti və geniş məlumatları ilə seçilən “Azərbaycan - Land of fire” nəşri yapon iş adamlarının və turizm həvəskarlarının ölkəmiz haqda ətraflı məlumatlar əldə etməsinə şərait yaradacaq.
“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin sədri Xəlil Kələntər çıxış edərək tədbirə toplaşan çoxsaylı iş adamlarına minnətdarlığını bildirib. Qeyd edib ki, müstəqilliyinin 25 illiyini böyük nailiyyətlərlə qeyd edən Azərbaycan mühüm iqtisadi, siyasi və mədəni uğurlar qazanıb. Ölkəmizin bütün dünyada etibarlı tərəfdaş kimi tanındığı, burada xarici investisiyaların tətbiqi üçün böyük imkanlar yaradıldığı xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin ardıcıl siyasi xətti sayəsində bu gün Azərbaycan bütün dünyada sabitliyi və hərtərəfli inkişafı ilə tanınır. Hazırda regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı ilə yanaşı qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və mədəni müxtəlifliyi ilə dünyanın diqqətini cəlb edir.
Tədbirdə yapon iş adamlarını maraqlandıran konkret istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir
22.08.2019
“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”
22.08.2019
Əliməmməd Nuriyev: “Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır”
22.08.2019
“Din və etiqad azadlığının qorunması üçün tədbirlər görülməlidir”
21.08.2019
“Xalqımıza qarşı xarici təbliğata və təsirlərə qarşı vahid cəbhədə birləşmək vacibdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info