Küveytin “Əl-Ənba” qəzetində Azərbaycan haqqında yazı dərc olunub
Tarix: 19.10.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Küveytin “Əl-Ənba” qəzetində Azərbaycan diasporunun fəaliyyəti haqqında yazı dərc olunub. Yazı Vətənsevər-Azərbaycan Küveyt Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə və eləcə də Cəmiyyətin əməliyyat meneceri Bədi Haşim Əlinin Dünya Azərbaycanlılarının IV qurultayı ilə bağlı təəssüratlarından ibarətdir. “Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin hüzurunda” adlı yazıda qurultay haqqında geniş məlumat verilib: “Dünya Azərbaycanlılarının IV qurultayı Bakı şəhərində Azərbaycan Prezidentinin iştirakı ilə keçirilib. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları, o cümlədən dünyadakı azərbaycanlı diaspor təşkilatı rəhbərləri iştirak ediblər. Qurultayda Prezident İlham Əliyev dünyada yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin xalqları ilə dostluq, ticari, mədəni əlaqələrin daha da geniş yaranması və xarici investorların Azərbaycanda sərmayə qoymaları haqda geniş nitq söyləyib. Bununla bərabər, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinə də toxunub. O, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən və buna baxmayaraq, hələ də Azərbaycan tərəfinin sülh yolu ilə münaqişənin həlli tərəfində olduğunu bildirib. Əgər ermənilər sülh yoluna yox, müharibə yolunu seçərlərsə Azərbaycan tərəfinin ermənilərin layiqli cavabını verəcəyini və buna gücü, qüvvəsi yetdiyini də deyə, cənab Prezident qurultay iştirakçılarına və dünya ictimaiyyətinə bildirib. Sonda Prezident İlham Əliyev diaspor təşkilatı sədrləri, eləcə də Küveytdəki Azərbaycan diaspor təşkilatı rəhbəri ilə görüşüb söhbət edib və xatirə şəkilləri çəkdirib”. Xatırladaq ki, 2011-ci ildən fəaliyyət göstərən Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti Küveytdə yeganə milli diaspor təşkilatımızdır. Cəmiyyətin gördüyü işlər və həyata keçirdiyi layihələr, tədbirlər nəticəsində Küveyt ictimaiyyətinə Azərbaycan həqiqətləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi soyqırımları barədə ətraflı məlumat verilir. “Vətənsevər”in sədri Könül Hacızadə ailə həyatı qurması ilə əlaqədar 14 ildir ki, Küveytdə yaşayır. Həyat yoldaşı Bədi Haşim Əli Küveyt vətəndaşıdır. Amma buna baxmayaraq, Bədi Haşim Əli də diaspor işində Könül xanıma əlindən gələn köməkliyi göstərir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları “bioloji silah“ adlandırdı
06.08.2020
Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
05.08.2020
Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
05.08.2020
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir
03.08.2020
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info