Binəqədidə Müstəqillik Günü ilə bağlı bayram tədbiri keçirilib
Tarix: 19.10.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


17 oktyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı, Madər Musayev, Kamaləddin Qafarov, Kamran Bayramov, Musa Qasımlı, Sevinc Fətəliyeva, Rayon İcra Hakimiyyətinin Aparatı, rayon İctimaiyyəti, ziyallılar, YAP-nın fəalları və gənclər iştirak etdilər.
Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən qədim bayraqların sərgisi ilə başladı. Qonaqlar daha sonra 25 il ərzində dövlətimizin əldə etdiyi uğurları özündə əks etdirən sərgiyə baxış keçirdi. Mədəniyyət və multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrini, eləcə də dünyada Azərbaycan brendi olan və müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan ASAN Xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonlarla tanışlıq zamanı qonaqlara 25 il müstəqillik dövrü ərzində əldə olunan nailiyyətlər barədə ayrı-ayrılıqda müfəssəl məlumat verildi.
Tədbirdə ilk olaraq bayram təbriki ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış etdi. Komitə sədri bildirdi ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini ifadə etdi. Xaləddin İsgəndərov Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğuladı. Qeyd etdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.
Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olundu.
Tədbir çay süfrəsi ətrafında rayonun yaradıcı kollektivlərinin ifasında bayram konserti ilə davam etdirildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Gazelli Group bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin edib
01.04.2020
Tibb üzrə ekspert Rasif Bağırov: “Görülən işlər koronovirusa qarşı mübarizədə effekt verəcək, amma qaydalara əməl edilməlidir”
31.03.2020
Bakı Media Mərkəzi koronavirusla bağlı İtaliyaya dəstək videoçarxı hazırladı -VİDEO
31.03.2020
BNA: Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir
31.03.2020
Azərbaycan və Rusiya arasında hava və dəmir-yol əlaqəsi dayandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info