Kubada “Müstəqillik uğrunda mübarizə” adlı foto-sərgi təşkil edilib
Tarix: 19.10.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Kubanın paytaxtı Havana şəhərinin ən möhtəşəm binalarından biri olan İnqilab Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqillik uğrunda mübarizə” adlı foto-sərginin açılış mərasimi keçirilib.
 
Azərbaycanın Kubadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Kuba hökuməti və XİN-in yüksək rəsmiləri, Kubada akkreditə edilmiş xarici ölkələrin səfirləri və diplomatları, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
  
Tədbirdə İnqilab Muzeyinin direktoru Xose Andres Peres Kintana çıxış edərək bayram münasibətilə öz təbriklərini çatdırıb. O, muzeyi yaxın həftələr ərzində ziyarət edəcək on minlərlə Kuba vətəndaşı və xarici turistlər üçün sərginin böyük maraq kəsb edəcəyinə əminliyini ifadə edib.
 
Azərbaycanın Kubadakı səfiri Yaşar Əliyev mərasimə qatılmaları və Azərbaycan xalqının bayram sevincini bölüşdükləri üçün iştirakçılara təşəkkürünü bildirib.
 
Tədbir zamanı Azərbaycanın dahi bəstəkarları Ü. Hacıbəyli, F. Əmirov, Q. Qarayevin klassik musiqi parçaları səslənib və müasir Azərbaycanın inkişafı və turizm imkanlarından bəhs edən video-çarxlar nümayiş olunub.
 
Foto-sərgidə nümayiş olunan 100-dən çox şəkildə Azərbaycanın müstəqillik tarixinin müxtəlif dövrləri əks olunub. Sərgi kompozisiyasına 1990-cı ilin 20 yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılığı, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafına yönəlmiş misilsiz tarixi xidmətləri, müasir Azərbaycanın inkişafını nümayiş etdirən guşələr daxil edilib. Sərgi noyabrın 1-nə qədər davam edəcək.


Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info