Qubada “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı təlim keçirilib
Tarix: 19.10.2016 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Gənc Sahibkarlar Klubu (GSK) İctimai Birliyi tərəfindən Quba rayonunda “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı təlim keçirilib. Bu barədə GSK-nin Mətbuat xidmətindən saytımıza məlumat verilib.
Təlimdə öncə GSK sədri Salman Umudov çıxış edərək təşkilat haqqında danışıb. O, İctimai Birliyin 1996-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, gənclər üçün sahibkarlıq, humanitar-sosial, maarifçilik, hüquqi biliklərin artırılması və vətəndaş cəmiyyəti quruculuğu sahələrində çoxsaylı layihə və proqramların həyata keçirməsi, təşkilatın Azərbaycan gənclərinin inteqrasiyası, sahibkarlıq, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu və inkişafında olan gənlər siaysəti haqqında məlumat səviyyələrinin yüksəldilməsi, gənclərin fəal iştirakçılığı və gənclər siyasətində qeyri-formal tədris imkanları sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi fəaliyyətinin davam etdirilməsi barədə söz açıb.
Daha sonra Salman Umudov “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı layihə barədə ətraflı məlumat verib: “GSK İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının son müsabiqədə maliyyələşdirdiyi “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində 5 rayonda: Quba, Şəki, Yevlax, Tovuz və Lənkəran rayonlarının hər birində 2 gün olmaqla təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin məqsədi regionlarda məktəbyaşlı qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakıyla seminarlar vasitəsilə ictimai qınaq, ictimai maarifləndirmə kampaniyasına, regional TV-lərdə maarifləndirici video çarxların və sosial reklam xarakterli roliklərin hazırlanması və yayımına başlamaqdır. Məqsəd erkən nikahların yalnız azyaşlı qızlara və onların gələcəkdə doğulacaq uşaqlarına deyil, eləcə də ailə institutuna, bütövlükdə cəmiyyətə və onun mili genefonduna mənfi təsir göstərdiyini sosial bəla kimi gündəmə gətirməkdir. Həmin layihənin açılışı və sözügedən təlimlər ilk olaraq 14-15 oktyabr 2016-cı il tarixlərində Quba rayonunun Püstəqasım kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Layihənin məhz Püstəqasım kəndində keçirilməsi təsadüfü deyildir. Belə ki, əldə olunmuş statistik məlumatlara əsasən məhz adıçəkilən kənddə erkən nikahlara daha çox rast gəlindiyi məlum olmuşdur”.
Sözügedən təlimlər hüquqşünas Zaur Quliyev tərəfindən həyata keçirilib. Təlim iştirakçılarına erkən nikah, onu doğuran səbəblər və fəsadları barədə söz açılmış, erkən nikahın qanunla qadağan olunduğu, erkən nikaha məcburetmənin cinayət məsuliyyəti yaratması barədə geniş məlumat verilib. Eyni zamanda məktəblilərə erkən nikah problemini əks etdirən video-çarx nümayiş etdirilib, layihə iştirakçılarına lahiyənin keçirilməsi məqsədi ilə xüsusi hazırlanmış yaddaş kitabçası və broşurlar təqdim olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info