“Qarşıdakı illərdə tikinti sektorunun böyük inkişafı gözlənilir” 
Tarix: 19.10.2016 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


"Son illər Azərbaycanda ən çox inkişaf edən sahə tikinti sektorudur. Təbii ki, son zamanlar dünya iqtisadiyyatında baş verən böhran ölkəmizin tikinti sektoruna da təsir edib". Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov "BakuBuild-2016" sərgisinin açılışında çıxışı zamanı bildirib. E. Əsədovun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanda tikinti sektorunun inkişafı davam edir: "Qlobal miqyasda baş verən böhrana baxmayaraq, iqtisadi sahədə dövlət investisiyalarının həcmi azalmayacaq, əksinə artacaq. Bunları nəzərə alaraq qarşıdakı illərdə Azərbaycanda tikinti sektorunun böyük inkişafı gözlənilir. Bugünkü sərginin həm yerli, həm də xarici iştirakçılarını gələcək işlərə bu gündən hazırlaşmağı məsləhət görürəm". O əlavə edib ki, keyfiyyətli işi həyata keçirmək üçün eyni zamanda ucuz və keyfiyyətli inşaat materiallarına ehtiyac var. "Statistika göstərir ki, bu gün Azərbaycanda istifadə olunan tikinti materialların əksəriyyəti xarici ölkələrdən idxal olunur. Bunlar əsasən üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit materialları,  izolyasiya materialları və sairdir. Lakin yerli bazarda istehsal olunan ucuz və keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycan tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info