Xalq Artisti “Şah İsmayıl” operasında Aslan şah obrazını canlandıracaq
Tarix: 19.10.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq Artisti, teatrın solisti Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində reallaşacaq.
Belə ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcək. Digər partiyaları isə Əməkdar artistlər Təyyar Bayramov, Fəridə Məmmədova və Afaq Ağayeva canlandıracaq. Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb.
O, “Koroğlu”da Həsən xan, Eldar, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan”da Süleyman, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Natəvan”da Qasım bəy Zakir, “Aida”da Amonasro, “Karmen”də Eskamilio kimi obrazları ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq
17.08.2019
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17.08.2019
Kulinariya üzrə ustad dərslərinə başlanılır
17.08.2019
“Master və Marqarita” ekran əsəri Rusiyanın kino tarixində ən bahalı filmlərindən biri ola bilər
16.08.2019
Son söz...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info