KİV: “Snam“ DESFA-nın səhmlərinin 30%-ni almaq üçün SOCAR-la danışıqlar aparır”
Tarix: 19.10.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


İtaliyanın "Snam" şirkəti Yunanıstanın milli qazpaylayıcı operatoru DESFA-nın səhmlərinin azı 30%-ni almaq üçün SOCAR-la danışıqlar aparır. "APA-Economics" xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.
Bu gün isə yunan mətbuatı növbəti dəfə yazıb ki, SOCAR "Snam" şirkətinə planlaşdırıldığı kimi 17% deyil, azı 30% səhmin satılması ilə bağlı təmasdadır. "Beləliklə, SOCAR-ın DESFA-dakı payı 49% deyil, 36% olacaq", - deyə mətbuat yazır.
Mətbuata inansaq, hətta bu məsələ Yunanıstanın baş nazirinin müşaviri Dimitrios Liakosla "Snam" nümayəndəsi və SOCAR-ın Yunanıstandakı nümayəndəliyinin rəhbəri Anar Məmmədov arasında müzakirə olunub.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bundan əvvəl "APA-Economics"ə açıqlamasında bildirib ki, SOCAR və Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edib: "İşçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Yunanıstan tərəfindən isə baş nazirin müşaviri Dimitrios Liakos rəhbərlik edəcək. İşçi qrupu İtaliyanın “Snam” və Avropa Komissiyası ilə sıx əlaqədə çalışacaq. İşçi qrupu bir ay ərzində DESFA-nın özəlləşdirilməsi ilə bağlı çıxış yolunu axtaracaq. Beləliklə, zəmanət məktubunun müddəti oktyabrın 31-dək uzadılıb".
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Azərbaycanda taksi xidməti ilə bağlı baza yaradılacaq
27.01.2020
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub
27.01.2020
Kürdəmirdə “KOB Dostu“ fəaliyyətə başlayıb
27.01.2020
TAP layihəsi üzrə işlərin 91 faizi tamamlanıb
27.01.2020
“ADY Express” daha bir istehsalçını Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə cəlb edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
3 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
4 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
5 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info