“İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasının Azərbaycana müsbət təsiri olacaq”
Tarix: 20.10.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasının Azərbaycan üçün də çox müsbət təsiri var”.
Bu sözləri İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Cənubi Qafqaz və Türkiyə üzrə eksperti Gallia Lindensraus deyib. O bildirib ki, bundan əvvəl münasibətlərin pisləşməsinin Azərbaycan-İsrail əlaqələrinə təsir etməməsi təqdirəlayiq haldır: “Lakin hesab edirəm ki, cəlb olunan tərəflər üçün ən rahatı münasibətlərin yaxşı olmasıdır. Normallaşma sənədi İsrail-Azərbaycan münasibətləri baxımından çox yaxşıdır. Siz artıq münasibətləri soyutmaq üçün kənardan təzyiq almayacaqsınız. Onsuz da bu təzyiqi İran tərəfindən kifayət qədər alırsınız.  Soruşa bilərsiniz ki, münasibətlər niyə məhz indi normallaşdı? Bildiyiniz kimi, “Mavi Mərmərə” hadisəsindən 6 il keçib. Üzr istəmə hadisəsindən isə 3 il ötüb. Hesab edirəm ki, ötən ilin noyabrında baş verən Rusiya-Türkiyə böhranından sonra Türkiyə tərəfi daha praqmatik siyasət yürütməyə başladı. Bu, Türkiyəni öz siyasətinə yenidən baxmağa məcbur etdi. Biz düşünürük ki, razılaşmanın əsasını bu məsələ təşkil edir. İsraillə Türkiyə təbi qaz məsələsinə diqqət ayırdılar. Ola bilər ki, gələcəkdə İsraildən Türkiyəyə qaz boru xətti çəkilsin. Bundan tək Türkiyə deyil, Avropa da yararlana bilər. Bu, Azərbaycanla İsrailin və ya Türkiyə ilə Azərbaycanın münasibətlərinə təhlükə deyil. Düşünürəm ki, enerji resurslarının diversifikasiyası Türkiyənin siyasətidir və bu baxımdan İsrail, Azərbaycan və Şimali İraq onlara uyğundur”.
 
Ekspert bildirib ki, münasibətlərin normallaşmasından sonra Türkiyə İsrailinNATO ilə əməkdaşlığına qoyduğu vetonu aradan qaldırıb: “Mavi Mərmərə” hadisəsindən sonra bu mümkün deyildi. İndi bu veto qaldırılıb. AzərbaycanNATO-nun üzvü deyil, lakin düşünürəm ki, Azərbaycan üçün də çox faydalı olacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
27.11.2020
İranın nüvə alimi öldürüldü
27.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
27.11.2020
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilər saxlanılıblar
26.11.2020
Fransanın 8 senatoru verdikləri səsi geri götürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info