İraqda ABŞ əsgəri minaya düşdü
Tarix: 21.10.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


ABŞ Silahlı Qüvvələri Şimali İraqda yerləşən Mosul şəhəri uğrunda gedən döyüşlərdə ilk itkisini verib.
 Interfax informasiya agentliyi xəbər verir ki, oktyabrın 20-də amerikalı hərbçi yolda yerləşdirilmiş əldəqayırma minaya düşərək həlak olub.
ABC News telekanalının məlumatına görə, bu Mosul uğrunda başlayan əməliyyatlarda həlak olan ilk, İŞİD qruplaşması ilə mübarizədə isə həyatını itirən dördüncü amerikalı hərbçidir.
Xatırladaq ki, Mosulun uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyası da iştirak edir. İraqın ən böyük ikinci şəhəri olan və 1,3 milyon insanının yaşadığı Mosul artıq iki ildən artıqdır ki, İŞİD terror qruplaşmasının nəzarəti altındadır.
Son məlumata əsasən, İraq ordusu şəhər ətrafındakı 30-dək yaşayış məntəqəsini azad edib. Qruplaşmanın canlı qüvvə texnika sarıdan ciddi itkilər verdiyi bildirilir. Bir qədər əvvəl İŞİD liderlərinin Mosuldan Suriyanın Rakka şəhərinə yerdəyişməsi barədə məlumatlar yayılmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Kaliforniyada odlu silahdan açılan atəş nəticəsində beş nəfər ölüb
17.11.2019
Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq
16.11.2019
Fransada “sarı jiletlilər“in aksiyasında 100-dən çox etirazçı saxlanılıb
16.11.2019
İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü
16.11.2019
Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info