“Egemen Qazaxıstan”: “Bakı multikulturalizmin paytaxtına çevrilib”
Tarix: 21.10.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Qazaxıstanın rəsmi dövlət qəzeti olan “Egemen Qazaxıstan”da “Bakı multikulturalizmin paytaxtına çevrilib” adlı məqalə dərc edilib. Məqalədə bildirilir ki, bəşəriyyətin çətin sınaqlar qarşısında qaldığı, silahlı münaqişələrin, beynəlxalq terrorizmin tüğyan etdiyi, insanların öz yurdlarını kütləvi şəkildə tərk etdikləri bir zamanda humanitar məsələlərin ən yüksək səviyyədə müzakirəsinə ciddi ehtiyac yaranıb. Bu baxımdan Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyi V Humanitar Forum çox böyük əhəmiyyətə malikdir. Artıq ənənəvi olaraq keçirilən Forum siyasi və mədəni həyatın mühüm hadisəsinə çevrilib. Füsunkarlığı ilə göz oxşayan Bakı qlobal humanitar əməkdaşlıq üçün beynəlxalq məkana, “İntellektual Davosa” çevrilib.
Məqalədə Bakı Forumunun əsas məqsədlərindən söhbət açılır. Bildirilir ki, gələcəkdə beynəlxalq səviyyədə baxılması üçün yeni humanitar gündəmin formalaşdırılması, “dəyirmi masalar” vasitəsilə fərqli baxışlar arasında dialoqun qurulması prioritet vəzifələrdəndir. Forum ideyalar, nəzəri və praktiki biliklərin mübadiləsi, konstruktiv debat və müzakirələr üçün vacib platforma formalaşdırır. Səksənə yaxın ölkədən 400-dən çox nümayəndənin, o cümlədən müxtəlif sahələr üzrə 13 Nobel mükafatçısının iştirak etdiyi V Forumda müzakirə edilən mövzular da kifayət qədər rəngarəng və maraqlı olub.
Yazıda Prezident İlham Əliyevin Forumun açılışındakı nitqindən sitatlar gətirilir. Qeyd edilir ki, dövlət başçısı diqqəti son vaxtlar kəskinləşən regional toqquşmalara, Avropada qaçqınlar probleminə və radikal tendensiyaların güclənməsi ilə bağlı məsələlərə cəlb edib. Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfələrini verəcəyini vurğulayıb.
Bundan başqa, Qazaxıstanın populyar www.matritca.kz saytında tanınmış ictimai xadim, Humanitar Forumda iştirak etmiş Askar Kumiranın geniş məqaləsi yayılıb. Məqalədə qeyd olunur ki, Bakı Beynəlxalq Humanitar Forumunun işində Qazaxıstandan da ictimai-siyasi xadimlərin və ekspertlərin fəal iştirakı təqdirəlayiqdir. Bu il Foruma dövlət katibi Gülşar Abdıkalikova başda olmaqla Qazaxıstandan xeyli qonaq qatılıb. Bakı Humanitar Forumu təkcə ərazi bütövlüyü pozulmuş və işğala məruz qalmış Azərbaycan üçün deyil, bütün region ölkələri üçün çox əhəmiyyətli platformadır. Bakı artıq dünyanın intellektual elitası üçün həqiqi və real məkana çevrilib. Hazırda nəzəri və praktiki tərəfləri ilə multikulturalizmin müqayisəli tədqiqi, mədəniyyətlər və sivilizasiyalararası dialoq şəraitində XXI əsrin problemləri, sabit inkişaf üçün zəruri olan insan potensialının, universallığın formalaşması və tolerantlığın müstəqil mənəvi dəyər kimi önə çıxması kimi mühüm problemləri müzakirə etmək üçün bu qədər geniş tərkibli nümayəndələrin bir araya gəlməsinə qucaq açan qlobal miqyaslı intellektual məkanlar çox azdır. Bu baxımdan, Azərbaycanın və Qazaxıstanın siyasi kursu bir-birini tamamlayır. Hər iki ölkə multikulturalizmi dövlət siyasətinin prioritetləri sırasına daxil edib və bunu əyani olaraq fəal şəkildə həyata keçirir. Multikulturalizm hər iki qardaş ölkənin həyat tərzinə çevrilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Kaliforniyada odlu silahdan açılan atəş nəticəsində beş nəfər ölüb
17.11.2019
Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq
16.11.2019
Fransada “sarı jiletlilər“in aksiyasında 100-dən çox etirazçı saxlanılıb
16.11.2019
İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü
16.11.2019
Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info