E-məktəb sistemi elektron formada məlumat bazasının yaranmasına imkan verir
Tarix: 24.10.2016 | Saat: 20:36:00 | E-mail | Çapa göndər
Dünya ölkələrinin bir çoxunda tətbiq edilən e-məktəb sistemində yazılan qeydlərə müəllimlər və digər məktəb rəhbərləri tərəfindən nəzarət edilir. Beləliklə, e-məktəb sisteminin köməyi ilə tədris ili başa çatmadan şagirdlərin qiymət cədvəlini əldə etməsi mümkündür

Ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın əsas məqsədlərindən biridir. Burada İKT- nin cəmiyyətin inkişaf amili kimi göstəricilərindən biri kimi məhz e-təhsil göstərilir.

Təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadənin genişləndirilməsi nəzərdə tutulur
E-təhsilin əsas istiqamətlərindən biri təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulmasıdır. Eləcə də rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir. Bu istiqamətin məqsədlərinə çatmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar, əsasən, milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz, genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması, təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsidir. Bundan başqa, burada mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili, İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi, vahid milli təhsil portalının fəaliyyətinin genişləndirilməsi və elektron resurslarla zənginləşdirilməsi, İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi də öz əksini tapıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 -2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Burada da gözlənilən nəticələrdən biri odur ki, təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək. Dövlət proqramının həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər planında icrası Təhsil Nazirliyinə həvalə edilən tədbirlər də var.

E-məktəb sistemi sayəsində valideynlər də rahatlıqla məktəbdəki övladı haqqında məlumat ala bilirlər
Bu gün dünyada təhsilin müxtəlif pillələrində nəzərdə tutulan tədbirlər var ki, bu da şagirdlərin təhsil almasında mühüm rol oynayır. Eləcə də valideyn-şagird-müəllim arasında elektron formada məlumat bazasının yaranmasına imkan verir.
Hazırda dünyanın bir çox məktəblərində tətbiq olunan belə yeniliklərdən biri e-məktəb sistemidir. Bu gün dünyada internetdən istifadənin geniş yayılması ilə artıq bir çox sahədə internetin təsirini görmək mümkündür. Beləliklə, yarana biləcək ən kiçik bir problem ilə bağlı internetə müraciət edirik. İnternet üzərində kiçik əməliyyatlar sayəsində daha asan bir şəkildə məlumat ala bilirik. İstifadəyə açıq olan internet sistemi vətəndaşların da marağını çəkməyi bacarmış və şagirdlər üçün də müxtəlif sahələrdə asanlıqlar yaradılıb. Məsələn, bir çox təhsil məlumatlarının olduğu e-məktəb sisteminə internetdən daxil olmaq mümkündür. E-məktəb sistemi sayəsində artıq şagirdlərin məktəbdə etmiş olduqları hər cür hərəkətləri və eyni zamanda daxil olduqları imtahanlarda aldıqları qeydlər öz əksini tapır. E-məktəb sistemində yazılan bu qeydlərə müəllimlər və digər məktəb rəhbərləri tərəfindən nəzarət edilir. Beləliklə, e-məktəb sisteminin köməyi ilə tədris ili başa çatmadan şagirdlərin qiymət cədvəlini əldə etməsi mümkündür. Həmin sistemdən şagirdlər onlara verilən şifrənin köməyi ilə istifadə edirlər. E-məktəb valideyn məlumatlandırma sisteminin köməyi ilə, eyni zamanda 8-ci sinif şagirdlərinin nəticələri də öyrənilir.
Məktəb rəhbərlərinin müəyyən istifadəçi şifrələri ilə daxil olduqları bu sistemdə şagirdlərlə bağlı ən incə detala qədər məlumatlar olur. Bu məlumatlar təhsil həyatında şagird üçün çox əhəmiyyətlidir. Çünki e-məktəb sisteminə daxil olaraq şagirdlərin valideynləri də istədikləri zaman uşaqlarının qeydlərini daha asan bir şəkildə öyrənə bilərlər. Son zamanlarda qadın və kişilərin iş həyatına daha çox qatılması ilə artıq məktəblərdə valideynlərin uşaqları haqqında məlumat ala bilməsi üçün təşkil edilən tədbirlərdə iştirak nisbəti olduqca düşüb. Çünki bu gün dünyada meydana gələn müxtəlif problemlər səbəbi ilə maddi ehtiyac daha da artıb. Nəticədə qadınların təşəbbüskar bir həyata sahib olması nəticəsində onların şagirdlərin təhsil vəziyyəti haqqında məlumat ala bilməsi üçün belə bir sistem inkişaf etdirilib. E-məktəb adı verilən bu sistemdən faydalanmaq istəyən hər kəs asanlıqla internet ilə əlaqəsini təmin etdikdən sonra xidmətdən istifadə edə bilər.
Bu gün texnologiyanın inkişafı ilə bağlı müxtəlif sahələrdə maraqlandığımız suallara cavab tapa bilərik. Təhsil sahəsində də xidmətdən istifadə etməklə müxtəlif sahələrə aid məlumat əldə edə bilirik.
E-məktəb sistemi hazırda Türkiyədə də tətbiq edilir. Milli Təhsil Nazirliyi tərəfindən təhsildə keyfiyyət prinsipi qəbul edilərək e-məktəb sistemi daha da inkişaf etdirilib. Nazirliyin təqdim etmiş olduğu bu e-məktəb sistemi sayəsində valideyn rahatlıqla məktəbdəki övladı haqqında məlumat sahibi ola bilər. Valideynlər bu e-məktəb sisteminə eynilə şagirdlər kimi daxil ola bilirlər. Belə ki, uşağın məktəb nömrəsi, şəxsiyyət nömrəsi, sinifi və də digər lazım olan şəxsi məlumatları e-məktəblə əlaqədar sahəyə yazaraq yalnız bir neçə hərəkətlə istədikləri nəticəyə çatmış olurlar. Beləliklə, lazım olan əməliyyatların hamısı bu qədər asan və sadədir. Artıq Türkiyədə də, bir sıra ölkələrdə olduğu kimi, 2007-ci ildən indiyədək fasiləsiz olaraq xidmət verməkdə olan e-məktəb sistemi var. Bu sistemin sayəsində şagirdlər valideynlər tərəfindən daha möhkəm bir nəzarət altında tutulmaqla dərslərində daha məhsuldar nəticələrin alınması nəzərdə tutulur.
Qeyd edək ki, bu gün ölkəmizdə təhsildə İKT-nin tətbiqi ilə bağlı bir çox tədbirlər həyata keçirilir. Ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir çox addımlar atılıb. Eləcə də təhsil ocaqları kompüter texnologiyaları ilə təchiz olunub. Dövlət proqramında nəzərdə tutulan e-təhsillə bağlı müxtəlif istiqamətlər reallaşdırılır. Burada öz əksini tapan məqamlardan biri də məhz təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsidir. Bu baxımdan adıçəkilən sahədə tətbiq olunan istiqamətlərdən biri kimi ölkəmizdə də e-məktəbin tətbiqi önəmlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
17.02.2017
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün üç sənədli film çəkilib
16.02.2017
“İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
15.02.2017
Səfirlər Cocuq Mərcanlıya səfər ediblər
14.02.2017
“Cocuq Mərcanlının bərpası tezliklə torpaqlarımıza qayıdacağımıza əminlik yaratdı”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5510

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
4 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
5 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info