Azərbaycan İKT üzrə regional mərkəzə çevrilir
Tarix: 26.10.2016 | Saat: 20:56:00 | E-mail | Çapa göndər
“Azerspace-1” peyki Azərbaycana informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsi kimi üstünlüklər verir
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin sərəncamı, həmçinin “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaradıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu sahənin inkişafı ilə bağlı məqamlara toxunacağıq. Son illər Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitlik şəraitində yaşayır və regionun aparıcı dövlətinə çevrilib. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib. Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.

“Azerspace-1”-in orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək
Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” raketdaşıyıcısı ilə orbitə buraxılan “Azerspace-1” peyki raket kosmodromdan qalxdıqdan təqribən 35 dəqiqə sonra raketin gövdəsindən ayrılıb. “Azerspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi “STAR-2” peyk platforması əsasında yığılıb. Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşərək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. “Azerspace-1” peyki layihəsinin ümumi dəyəri 233 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 121,7 milyon ABŞ dolları peykin hazırlanmasına, 93,8 milyon dolları peykin orbitə çıxarılmasına, 17,5 milyon ABŞ dolları isə peykin orbitə buraxılması və orbitdə birillik istismarının sığortası və sığorta haqqının sığortasına sərf olunmuşdur. Yəni layihənin dəyəri yalnız peykin istehsalını əhatə etmir, eyni zamanda peykin orbitə buraxılma xidmətlərini və sığorta xərclərini ehtiva edir. Peykin hazırlanmasına sərf olunan 121,7 milyon ABŞ dollarındakı məbləğə təkcə peykin istehsalı deyil, əlaqədar yerüstü avadanlığın quraşdırılması və həmçinin kadrların hazırlanması kimi layihə ilə əlaqədar digər xərclər də daxildir. Peykin orbitə çıxarılması üçün isə qiymət beynəlxalq praktikaya uyğun olaraq, çəkiyə görə hər kiloqram üzrə hesablanır. “Azerspace-1” peykinin orbitə buraxılmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası büdcəsindən yalnız 15% vəsait ayrılıb, qalan məbləğ isə mötəbər maliyyə qurumlarla əməkdaşlıq əsasında əldə olunan xarici kreditlər hesabına təmin edilib. Təsadüfi deyil ki, peykin orbitə buraxılmasının maliyyələşdirilməsi ilə əlaqədar əldə olunan kreditə dair saziş “GTR: Ticarət və Maliyyə Xəbərləri” jurnalı tərəfindən “2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri” sırasına daxil edilib. Əlamətdar haldır ki, “Azerspace-1” peykinin sığortalanması üzrə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. “Azerspace-1” peyki Azərbaycana bir çox ümumi üstünlüklər verir. Bunlar aşağıdakılardan ibarətdir:
-İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı;
-İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi;
-Yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi;
-Nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması;
-Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi:
- Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi:
-Ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi;
-Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları;
-Ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron dövlət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi;
-Ölkənin mümkün informasiya blokadası riskindən qorunması və informasiya müharibəsində Azərbaycanın mövqelərin möhkəmlənməsi;
-Telekommunikasiya peyk xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması.

Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin edilib

“Azərspace-1” peykinin gəlirlərinin 15 illik istismar müddəti ərzində təqribən 500-600 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Əlamətdar haldır ki, hələ peyk buraxılmamış peykin tutumlarının 40%-i artıq uzunmüddətli icarə razılaşması əsasında Malayziyanın peyk operatoru olan “MEASAT” şirkətinə satılıb. Məlumdur ki, Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumlarının yalnız 20%-nə ehtiyac vardır, tutumların qalan hissəsi üzrə isə xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılıb, təkliflər qəbul edilib və bir çox ilkin razılaşmalar əldə olunub. “Azerspace-1” peyki 2013-cü ilin əvvəlində orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin edilib, ötürülən məlumatlara daha yaxşı nəzarət edilir, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılıb, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulub. 2014-cü il iyul ayının 1-nə olan məlumata görə, peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır. Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı günü - gündən artmaqdadır. 2015-ci ildən peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır. “Azərkosmos”dan bildirilib ki, sözügedən kanalların 117 -si televizya, 13-ü isə radiodur. Qeyd edək ki, Azərspace üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır. Bu dilllərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal) , türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir. “Azərkosmos” ASC yeni beynəlxalq kanallarla da əməkdaşlığa başlayıb. Peyk operatoru “Sinema” TV, “Star Shopping” TV, “Sine klassik” TV və “Zahra” TV kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, adıçəkilən kanallar 2015-ci ildən yayıma başlayıb. 2017-ci ildən istismara buraxılması gözlənilən peyk dövlətimizin kosmik sənaye sahəsindəki uğurlarına daha bir nümunə olacaq.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Ermənistanın işğalçılıq siyasəti Yaponiyada ifşa olunub
18.08.2017
XİN rəhbərlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü nə vəd edir?
17.08.2017
“Təmas xəttindəki insanlar hər gün atəş altında yaşasalar da, torpaqlarını tərk etmirlər”
16.08.2017
Dünya mediası faşist Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını tənqid edir
15.08.2017
“Ermənistan diplomatik yoldan imtina edib”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info