“Mən elə əvvəlki Patimatam“
Tarix: 28.10.2016 | Saat: 14:21:00 | E-mail | Çapa göndər
Azərbaycan millisinin taekvondoçusu, Rio Olimpiadasının bürünc medalçısı Patimat Abakarovanın apasport.az-a müsahibəsi


- Olimpiadadan sonra necə istirahət etdiz? Yeni yarışlara hazırsızmı?
- Yaxşı dincəldim. İstirahət vaxtlarımı ancaq ailəmlə birgə keçirdim. Artıq yavaş-yavaş məşqlərə başlamışam. Dekabrın əvvəlində Qran-pri turniri olacaq. Orada iştirak etməyi planlaşdırıram.

- Oktyabrın 23-də 22 yaşınızı tamamladız. Ad gününüzü necə qeyd etdiz?

- Çox gözəl keçirdim. Ad günümü ən yaxın insanların əhatəsində qeyd etdim. Doğum günümü restoranda keçirdik. Mənə ən yaxın insanlarla oturduq, əyləndik. Hər şey çox şən alındı.

- Ümumiyyətlə, ad günlərinizi təmtəraqlı şəkildə qeyd etməyi xoşlayırsızmı?
- Bəli, xoşlayıram. Çalışıram ki, hər il ad günümü təmtəraqlı keçirəm. Təbii ki, əgər ad günüm səfərlərə təsadüf etmirsə.

- Ad gününə xüsusi qonaq qismində kimi dəvət etmişdiz?
- Kimləri orada görmək istəyirdimsə, hamısını bir araya yığdım. Bunlar əsasən ailə üzvlərim idi.

- Bəs sizi birinci kim təbrik etdi?

- Qardaşlarım və anam. Açığı, artıq saatın yeni günə keçdiyini bilmirdim. Düz gecə saat 12-də məni təbrik etdilər.

- Yəqin ki, hamı kimi siz də hədiyyələr almağı xoşlayırsız. Bu dəfə ən yaddaqalan hədiyyəni kim verdi?
- Elə bir yaddaqalan hədiyyə olmadı. Ümumiyyətlə, buna elə də fikir vermirəm.

- Bəs elə bir insan oldu ki, ondan xüsusi hədiyyə gözləyirdiz?

- Xeyr, olmadı.

- Şəxsi həyatınızda nə kimi yeniliklər var? Ailə qurmaq haqda fikirləşmirsiz?

- Yox. Növbəti Olimpiadaya kimi dəqiq ailə qurmayacam. Ondan sonrasına baxarıq.

- Namizəd varmı?

- Xeyr (gülür).

- Maraqlıdır, Patimat idmançı ilə ailə qurmaq istəyərdi, yoxsa...

- Necə deyim? İdmançı ilə də olar, idmançı olmayanla da. Şərt deyil ki, həyat yoldaşım idmançı olsun. Bunu vacib saymıram.

- Belə çıxır ki, sizin üçün karyera daha önəmlidir...

- Bəli, indiki məqamda bu əhəmiyyətlidir. Şəxsi həyat barədə sonra da düşünmək olar.

- Siz Azərbaycan taekvondo tarixinə Olimpiya medalı qazanan ilk idmançı kimi düşmüsüz. Həmçinin, Olimpiadada fəxri kürsüyə çıxmış yeganə qadın taekvondoçumuzsuz. Bu sizin gələcək karyeranıza necə təsir edə bilər?
- Əvvəla, buna şadam. Ancaq bu, karyerama nəsə təsir edə bilməz. Mən tarixdə ilklərə, statistikalara fikir vermirəm. Ümid edirəm ki, nailiyyətim taekvondo ilə məşğul olan digər azərbaycanlı qızlara stimuldur və onlara Olimpiya medalı qazanmaq məqsədlərinə çatmağa kömək olacaq. Artıq başa düşürlər ki, bu cür ciddi turnirdə də uğur qazanmaq mümkündür.

- Olimpiya medalı qazanan Patimat əvvəlki Patimatdan nə ilə fərqlənir?

- Heç nə ilə. Mən elə əvvəlki Patimatam. Hər hansı bir dəyişiklik yoxdur.

- Sizi yığmamızda 49 kq çəki dərəcəsinin lideri saymaq olarmı?
- Fikrimcə, liderlərdən biri. Üstəlik, Olimpiadadan sonra mənim reytinq göstəricim də yüksəlib.

- Artıq il yekunlaşmaq üzrədir. 2016-cı ili özünüz üçün necə dəyərləndirərdiz?

- 2015-2016-cı illər karyeramın ən yaxşı illərindəndir. Amma mənim üçün ən uğurlu il 2016-cı il oldu. Hər halda, artıq hesabımda Olimpiya medalı var. Dediyim kimi, dekabrda Qran-pri yarışı da var. Həmin turnir Bakıda keçiriləcək. Bundan əlavə, gələn il dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına hazırlaşacam. Qısası, turnirlər çoxdur.




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info