“Məqsəd UNEC-də elmi potensial, İKT imkanları və innovasiya fəaliyyətinin dayanıqlığını təmin etməkdir”
Tarix: 28.10.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər
Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək, yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək, yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq.
Eyni zamanda təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək, vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq, distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək. Təhsil sahəsində İKT-nin imkanlarından geniş istifadə edən ali məktəblərdən bir də Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC).
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda UNEC-də tətbiq edilən İKT yeniliklərinə toxunacağıq.

Müəllimlərə Elektron Universitet Modeli ilə bağlı təlimlər təşkil oluna bilər
Qeyd edək ki, UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb. Rektor bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər davam etdirilir. Prosesin daha səmərəli təşkili və bu sahədəki mövcud problemlərin müəyyən edilməsində keyfiyyət elçilərinin rolu danılmazdır. “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir”, deyən rektor bildirib ki, xüsusi olaraq müəllimlərin Elektron Universitet Modelindən istifadə səviyyəsi və şəxsi kabinetlərə tədris vəsaitlərinin yüklənilməsinə diqqət etmək lazımdır. Ehtiyac yaranacağı təqdirdə müəllimlərə Elektron Universitet Modeli ilə bağlı təlimlər təşkil oluna bilər. Görüşdə auditoriyalarda telektron tribunanın dərsdən əvvəl işlək vəziyyətə gətirilməsi məsələsinə də diqqət çəkilib. Bu işin qrup nümayəndələrinə həvalə edilməsi təklif edilib. Görüşdə, həmçinin müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində “Qış Məktəbi” formatında təlimlərin keçiriləcəyi bildirilib. Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru, dosent Raqif Qasımov keyfiyyət elçilərinin tədris vəsaitlərinin, mühazirə mətnlərinin, test tapşırıqlarının və s. monitorinqini də həyata keçirərək, tədris vəsaitlərinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində layihə təklifi ilə çıxış edib. Bildirilib ki, keyfiyyət elçiləri üçün xüsusi fərqləndirici nişanlar hazırlanacaq. Onlar UNEC-in bütün tədris binalarında monitorinqlər keçirəcək. UNEC-in Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də monitoriqlərin keçirilməsi nəzərdə tutulub. Sonda UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı keyfiyyət elçilərinin təklifləri dinlənilib. Qeyd edək ki, UNEC-də İKT imkanlarlından istifadəyə daha bir nümunə keyfiyyət elçiləri ilə bağlıdır. UNEC-də 2015/16-cı tədris ilindən keyfiyyət elçiləri fəaliyyət göstərir. Keyfiyyət elçilərinin müəyyən edilməsində İKT imkanları, elektron universitet platformasını aktiv istifadə edə bilməsi, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas meyar seçilib. Keyfiyyət elçiləri müəyyən olunmuş qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. UNEC-də dərslərdə İKT-nin imkanlarından geniş istifadə edilir. Ona görə də sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər monitorinqlər zamanı qiymətləndiriləcək kriteriyalara daxildir. Monitorinqlərin nəticələri təhlil edildikdən sonra müəllimlərin daha yüksək səviyyəli tədris həyata keçirə bilməsi üçün təlim ehtiyacları, fənlərin sillabuslarının beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.

UNEC-in alim və doktorantları Almaniya universitetlərində təcrübə keçəcək
Onu da qeyd edək ki, UNEC rektoru, professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Stefani Düfo ilə görüşüb. Görüşdə UNEC ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. DAAD ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən UNEC rektoru “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin reallaşdırılmasında Alman Akademik Mübadilə Xidmətinin böyük rolu olduğunu qeyd edib. Xanım Stefani Düfo DAAD ilə sıx əməkdaşlıq edən ali məktəblər arasında UNEC-in aparıcı yerlərdə olduğunu qeyd edərək, bu əməkdaşlığın universitetə böyük fayda verəcəyini vurğulayıb. Görüşdə DAAD ilə birgə yay və qış məktəblərinin təşkili, təlimlərin, seminarların, müsabiqələrin keçirilməsi, UNEC-in alim və doktorantının Almaniya universitetlərində tədqiqat təcrübəsinin təşkili, birgə magistratura proqramının hazırlanması, Azərbaycan və Almaniyanın müxtəlif şirkətlərində təcrübələrin təşkili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Ə.Muradovun UNEC ilə Almaniya universitetləri arasında arasında birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, bu sahədə layihə və ikili diplom proqramlarının hazırlanması, Almaniyanın nüfuzlu universitetlərindən professor-müəllim heyətinin UNEC-ə cəlb edilməsi, DAAD əməkdaşlarının UNEC-in doktorant, dissertant, magistr və bakalavr pilləsində təhsil alan gəncləri üçün mütəmadi təqdimatların keçirilməsi, universitetdə fəaliyyət göstərən əlilliyi olan tələbələr üçün mərkəzlə Almaniyanın eyniadlı mərkəzləri və universitetləri ilə əməkdaşlığın qurulması ilə bağlı təklifləri müsbət qarşılanıb. UNEC-in bütün sahələrdə potensialının yüksək olduğunu bildirən Stefani Düfo təmsil etdiyi qurumun qeyd edilən layihələrə dəstək olacağını qeyd edib. Qeyd edək ki, “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinə uyğun olaraq UNEC-in bir müəllimi və on tələbəsi Almaniyanın Siegen universitetində təşkil edilən “Qış Məktəbi”ndə iştirak edir. Layihə 2016-2019-cu illəri əhatə edəcək.

UNEC-in müəllim və tələbələrinin layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub

Onu da qeyd edək ki, UNEC-in Biznes və menecment fakültəsində “Avropa Birliyi Horizon-2020” proqramı çərçivəsində “Biznes və menecment layihələrinə baxış” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov, “Business Support Agency LLC”-nin baş direktoru Anar Vəliyev, “Business Insight International Research Group” şirkətinin layihə meneceri Gulnar Həsənova, UNEC-in Texnologiya Transfer Mərkəzinin direktoru Aydın Hüseynov və universitetin professor-müəllim heyəti iştirak edib. Fakültə dekanı dosent Mirağa Əhmədov bildirib ki, məqsəd UNEC-də elmi potensial, İKT imkanları və innovasiya fəaliyyətin uğurlu inkişafının dayanıqlılığını, eyni zamanda, elm tutumlu texnologiyaları, müəssisələrdə istehsal artımı və innovasiya tətbiqini təmin etməkdir. Elmin maliyyələşdirilməsində dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin cəlb olunması da alimləri stimullaşdıracaq”. A.Vəliyev “Horizon-2020” proqramı haqqında ətraflı məlumat verib: “Maliyyəsi yeddi il ərzində təxminən 80 milyard avro olan “Horizon-2020” Avropa İttifaqının ən böyük tədqiqat və innovasiya proqramıdır. Proqram hamı üçün açıqdır və sadə struktura malikdir. Bu da onun üstünlüklərindən biridir”. A.Cəfərov bu günlərdə UNEC-in müəllim və tələbələrinin layihəsinın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olduğunu bildirib: “Bu onu göstərir ki, UNEC-in kifayət qədər elmi potensialı var. Bu potensialdan istifadə edərək “Avropa Birliyi Horizon-2020” proqramı çərçivəsində layihədə qazanmaq olar. A.Hüseynov Texnologiya Transfer Mərkəzinin layihə təkliflərini qəbul etdiyini bildirib. Alimlərə koordinasiya və dəstək fəaliyyətləri üzrə təkliflər verməyi tövsiyə edib. A.Hüseynov bildirib ki, istiqamətlər üzrə layihə çağırışları seçiləndən sonra, uyğun təkliflər hazırlanmalıdır. Təkliflərin Avropa səviyyəsinə uyğunlaşdırılmasını bildirən mərkəz direktoru UNEC-də istiqamətlər üzrə kafedralararası yaradıcı kollektivlərin yaradılmasının vacibliyini vurğulayıb. Həmçinin, təkliflərin UNEC-in yeni yaradılan Tərcümə Mərkəzində ingilis dilinə tərcümə edilməsini təklif edib.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəmində
21.09.2017
Ermənistan BMT-də növbəti dəfə ifşa olundu
20.09.2017
İƏT dövlətləri Ermənistanla əlaqələri məhdudlaşdırmalıdır
19.09.2017
“Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğuru var”
18.09.2017
“İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info