“Sülh müqaviləsi hazır idi, Ermənistan rəhbərliyi son anda qorxaraq geri çəkildi“
Tarix: 01.11.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
"Azərbaycan Prezidentinin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təşəbbüsü əslində yeni deyil. Prinsipcə, bundan əvvəl də Azərbaycan Dağlıq Qarabağa status verməyə hazır olduğunu bəyan edib. Əslində, İlham Əliyevin bu təşəbbüslə çıxış etməsinin başqa vacib mənası var".
 
Bunu tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan prezidentinin bu bəyanatının ATƏT-in Minsk qrupu həmsədrlərinin və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfərləri ilə eyni vaxtda səslənməsi təsadüfi deyil: "Bunlar bir-biri ilə əlaqəli olan məsələdir. Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb. Həm həmsədrlər, həm də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Məsələ ondadır ki, bu ilin aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər”.
 
Politoloq bildirib ki, bundan sonra müvəqqəti güzəştlərin əldə edilməsi məqsədi ilə substantiv danışıqlara başlanılıb. “Bu güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi. Hazırda müxtəlif qüvvələr, o cümlədən həmsədrlər və Avropa İttifaqı cəhd edir ki, yenidən İrəvanı danışıqlar masasına qaytarsın. Ona görə də hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təklifi substantiv danışıqların bərpa olunmasına cəhdlə bağlıdır. Çünki, bu gün yenidən münaqişə bölgəsində təhlükəli vəziyyət yaranıb. Münaqişə hər an alovlana bilər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar isə dondurulub. Azərbaycan Prezidenti danışıqların bərpa olunmasının tərəfdarıdır".APA




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
CNN-in jurnalisti zaldan qovuldu, ATƏT-in media ofisi isə hələ də susur...
18.01.2018
ABŞ ictimaiyyəti 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırlır
18.01.2018
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün görüşəcəklər
17.01.2018
“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
17.01.2018
Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info