“Türkiyədə özümü əcnəbi tələbə kimi hiss etmirəm”
Tarix: 01.11.2016 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Elmaz Fəttahov: “Türkiyədə təhsil bəzi aparıcı Avropa ölkələrinin təhsilindən də irəlidə yer alıb”
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Türkiyədə ali təshil alan Elmaz Fəttahovdur. Bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Fəttahov Elmaz Fizuli oğlu, 1996-cı ildə Şəki şəhərində anadan olmuşam. Ailədə 5 nəfərik. 8 il tam orta məktəb təhsili almışam və bundan sonra təhsilimi Bakı Türk Anadolu Liseyində davam etdirmişəm. Bu liseydə təhsil almaq mənim dünyagörüşü və özümü inkişaf etdirmə baxımından çox faydalı olduğunu düşünürəm. Bu liseydən həm Azərbaycan Təhsil Nazirliyinin, həm də Türkiyə Təhsil Nazirliyinin verdiyi diplomla məzun oldum. 2014-cü ildən isə Ondokuz Mayıs Universitetinin Diş həkimliyi fakültəsində təhsil alıram.
-Xaricdə təhsil, yəqin bir çox gənc kimi, sizin də ən böyük arzularınızdan biri olub. Niyə məhz Türkiyə?
-Xaricdə təhsil almaq fikrimin-belə bir ideyanın ortaya çıxmasında əmimin böyük rolu olduğunu deyə bilərəm. Bu yolda oxuduğum liseyin və atamın da böyük dəstəyi məni daha çox bu hədəfə meyilləndirdi. Məhz Türkiyəni seçməyimdəki əsas səbəb buradakı təhsil səviyyəsi və universitet təhsilinə kimi aldığım bilgiləri daha da möhkəmlətmək istəyim oldu.
Türkiyə universitetlərinin verdiyi təhsilin çox yüksək səviyyədə olduğunu deyə bilərəm. Mən bu ölkəni həm də tibb sahəsi üzrə oxumaq istədiyim üçün seçdim. Burada tibb elmini bütün incəliklərilə tələbələrə aşılayırlar. Dərslərin təcrübə bölümü çox yaxşı səviyyədə keçilir. Əgər başqa bir ixtisası seçsəydim böyük ehtimalla başqa bir ölkəni seçəcəkdim. Onu da qeyd edim ki, Ondokuz Mayıs Universiteti Türkiyənin Samsun şəhərində yerləşir. Bura gəldiyim ilk gündən bəri Samsunun insanları mənə qarşı çox istiqanlı olublar. Yəni özümü indiyə qədər bu şəhərdə bir xarici tələbə kimi hiss etməmişəm. Bunu yerli əhali hiss etdirməyib. Onlar çox mehriban və istiqanlıdırlar.
-Bəs başınıza gələn hansısa maraqlı hadisə olubmu?
-Əlbəttə, başıma gələn bir neçə maraqlı hadisə olub. Əslinə qalsa, bu 3 il ərzində başıma o qədər maraqlı hadisə gəlib ki, saymaqla bitməz. Amma mənim heç unutmadığım bir hadisə imtahan vaxtı baş vermişdi. 30 suallıq bir imtahanda, sadəcə, 5 sualım qalmışdı ki, imtahanı bitirib çölə çıxacaqdım. Amma nəzarətçi mənim hardansa köçürdüyümə şübhələndi. Hansı ki, bu heç ağlıma belə gəlməmişdi, nəinki saxta yolla imtahan verəm. Beləcə, yalnışlıqla nəzarətçi imtahan kağızımı aldı və imtahan otağından məni çıxartdı. O günə qədər hələ belə bir şok hadisə yaşamamışdım və 130 nəfərlik bir auditoriyada oturanların hamısı mənə baxırdı. Təbii ki, bu, anlaşılmazlıq idi. Ancaq imtahan cavabları açıqlananda ən yüksək bal mənə aid olanda o sinifdəki tənə dolu baxışlar tamamilə yadımdan çıxmışdı.
-İctimai işlərdə aktivsinizmi?
-Təhsil aldığım universitet, həqiqətən, ictimai işlərdə iştirak etmək üçün çox əlverişlidir. Vaxt tapdıqca tibb sahəsi üzrə olan ictimai işlərə qatılıram. Ümumiyyətlə, burada oxuduğum müddətdə ən vacib şeylərdən birinin təhsildə bünövrənin olmasının əsas şərt olduğunu öyrəndim.Yəni orta məktəbdə aldığımız bilgilər, öyrəndiklərimiz boş yerə getmir.Bu dəyişilməz bir qanundur və dünyanın hər yerində keçərli əsaslardan biridir ki, orta təhsilə çox önəm verməlisən.
-Türkiyə təhsili və gəncləri ilə Azərbaycan təhsili və gəncləri arasında hansı fərq var?
-Hər iki ölkənin gəncliyi arasında elə bir böyük fərq yoxdur. Sadəcə, adət və ənənələrimizin bəzilərinin fərqli olması hər iki gənclik arasında həyat tərzi fərqliliyini ortaya çıxarır. Amma mənim bu 3 ildə türk gəncliyindən öyrəndiyim əsas şey onların bütün olaylara pozitiv olaraq baxması və yalnız optimist olmaları. xoş düşünmələridir. Ən azından buna çalışırlar, pessimizmə qapılmırlar. Təhsil səviyyələrini müqayisə etsəm, deyə bilərəm ki, Türkiyə təhsili, hətta bəzi aparıcı Avropa ölkələrinin təhsilindən də daha çox irəlidə yer alır. Oxuduğum universitetin akademik və həkim heyəti, həqiqətən də, tələbələrlə sıx ünsiyyətdə olur, əllərindən gələn köməklikləri edirlər. Tələbələrlə maraqlanıb bizim çətinlik çəkdiyimiz sahələrdə yardımlarını əsirgəmirlər. Buradakı universitetlərin bir çoxunda xarici tələbələr təhsil alırlar və yerli tələbələrlə xarici tələbələr arasında hər hansı bir ayrı-seçkilik yoxdur, hər kəs akademik heyətin gözündə eynidir.
-Diş həkimliyi ölkəmizdə ən çox ehtiyac duyulan sahədir.
-Doğrudur. Əslində, bu, həmişə belə olub. Ümumiyyətlə, diş həkimliyi Azərbaycanda daha çox özəl tibb sahələrində inkişaf edib. Əslində, diş həkimliyi sabit olmayan ixtisaslardan biridir. Əsasən də, texnoloji cəhətdən dayanmadan inkişaf edir. Az qala, hər həftə tibbin yeniliklər qəbul etdiyi bu sahə ölkəmizdə də inkişaf edir. Özəl klinikalarda olan diş həkimləri 10 il əvvəl ilə müqayisədə daha çox təchizatlı və yeni müalicə üsullarından yararlanırlar. Lakin bu inkişafın dayanmaması və daha da möhkəmlənməsi üçün ixtisaslaşmış kadrlara hər zaman ehtiyac olacaq.
-Hansı gələcək planlarınız var?
-Gələcək planlarım, öncə hazırda davam etdirdiyim bakalavr təhsilimi müvəffəqiyyətlə başa vurmaqdır. Ondan sonra isə ən böyük hədəflərimdən biri Almaniyada ağız diş və çənə cərrahiyyəsi üzrə ixtisaslaşmaqdır.Təhsilimi bitirdikdən sonra isə vətənimə dönüb, xalqıma və dövlətimizə faydalı bir vətəndaş olaraq çalışmaq ən böyük arzumdur.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
01.08.2017
Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7147

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info