Universitet müəllimləri mükafatlara layiq görülüb
Tarix: 04.11.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər
Naxçıvan Dövlət Universitetinin bir qrup müəllimi "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi mükafatlarla təltif olunub. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsil sahəsində qazanılan uğurlardan danışıb, muxtar respublikada elmi-pedaqoji kadrların fəaliyyətinə yaradılan hərtərəfli şəraitdən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, hazırda universitetdə Azərbaycan Milli Elmlər Akademiyasının 2 həqiqi, 7 müxbir üzvü, 31elmlər doktoru, 175 fəlsəfə doktoru fəaliyyət göstərir. Gənc dissertant və doktorantlar elmin müxtəlif istiqamətləri üzrə uğurlu elmi-tədqiqat aparırlar. Yarım əsrlik tarixə malik, Azərbaycan ali təhsil məkanında özünəməxsus yeri olan universitetin müəllim-professor heyətinin qazandığı uğurlar yüksək mükafatlarla qiymətləndirilir. "Avropa Nəşr Mətbuat Evi"nin direktoru Şöhrət Səlimbəyli rəhbərlik etdiyi qurumun fəaliyyəti, təsis etdikləri mükafatların Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahəsində xidmətəri olan şəxslərə verilməsi haqqında danışıb. Sonra "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və fəxri diplomunun təqdimat mərasimi keçirilib. “Avropa Nəşr Mətbu Evi” müsabiqə komissiyasının qərarı ilə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Mehdi Bağırov, Sosial idarəertmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev milli mənəvi dəyərlərimizin qorunması və gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, istedadlı gənc alimlərin hazırlanmasındakı səmərəli fəaliyyətlərinə, uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə görə bu mükafata layiq görülüblər. Universitetin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov isə ictimai, elmi-pedaqoji fəaliyyətinə, gənc alim kadrların hazırlanması işindəki uğurlarına görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən Həsən bəy Zərdabi “Qızıl Qələm” mükafatı ilə təltif olunub. Xatırladaq ki, professor Ağarza Rüstəmov 2015-ci ildə adıçəkilən qurumun “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplmuna layiq görülüb. Təltif olunanlar çıxış edərək minnətdarlıq ediblər.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info