“Elektron təhsil” müsabiqəsinin birinci mərhələsi başa çatıb
Tarix: 04.11.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər
Məqsəd müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını araşdırmaq, müəllim və şagirdləri elektron resurslar yaratmağa, hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir

Ölkədə informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Bu sahədə təsdiq edilən Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada əsas istiqamətlərdən biri də E-təhsildir.

Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir. Bu istiqamətin məqsədlərinə çatmaq üçün milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması, təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi, mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili kimi amillərin həyata keçirilməsi nəzərdə tutulur.
Prezidentin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 19 sentyabr 2016-cı il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanması elan edilib.
Qeyd edək ki, “Elektron Təhsil” müsabiqəsi ölkəmizdə artıq bir müddətdir ki, həyata keçirilir. Ötən il də bu müsabiqə keçilib. Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilmiş işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsiflər heyəti müsahibə əsasında müəyyənləşdirilib. Müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilərək 14 qalib elan olunub və 18 fərqlənən iş müəyyən edilib. Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.

“Elektron təhsil” müsabiqəsinə 1313 layihə təqdim olunub

Cari ildə də təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron Təhsil Respublika müsabiqəsi elan edilib. Artıq müsabiqənin birinci mərhələsi başa çatıb. Müsabiqəyə 1313 layihə təqdim olunub. Onlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmayıb, ümumilikdə isə 1220 layihə qəbul edilib. Layihələrin 744-ü müəllimlər, 438-i şagirdlər, 38-i isə məktəblərin inzibati heyəti tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları noyabr ayının sonunda elan ediləcək. Müsabiqə “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və onların fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaqdır. Həmçinin internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını araşdırmaq, müəllim və şagirdləri elektron resurslar yaratmağa, hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.

2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər 6000-dən artıq layihə təqdim olunub

“Elektron Təhsil” müsabiqəsində “Müəllim” istiqaməti üzrə nominasiyalar elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs, təhsildə ən yaxşı İnternet resursları, tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd, məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikasıdır. “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə müsabiqəyə elektron lövhələrin proqramları ilə qurulan resurslar təqdim edilə bilər. Eyni zamanda, bu nominasiya üzrə müvafiq proqram təminatını “www.edu.az” və “wwwe-resurs.edu.az” portalında yerləşdirilmiş resurslardan istifadə etməklə təqdim etmək olar.
“Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası üzrə müsabiqəyə coğrafiya, kimya, fizika, biologiya, riyaziyyat, Azərbaycan dili və tarix fənləri üzrə işlər təqdim edilə bilər. Təqdim olunan işlərdə yerləşdirilən məlumatlar ümumtəhsil müəssisələrində təlim prosesinə dəstək məqsədi daşımalıdır. “Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd” nominasiyası üzrə müsabiqədə əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və ümumtəhsil məktəb müəllimləri iştirak edə bilər. Nominasiyaya bütün fənlər üzrə istənilən mövzuda resurs təqdim edilə bilər. Təqdim edilən işlər Azərbaycan, rus və ingilis dillərində ola bilər. Resurslar istənilən proqram təminatından istifadə edilməklə (MS Office proqramları, bloq, sayt, Veb.2 alətləri və s.) hazırlana bilər.
“Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası” nominasiyası üzrə müsabiqəyə müəllimlər tərəfindən məsafədən keçirilən dərs metodikası təqdim edilə bilər. Müsabiqədə ümumtəhsil məktəb müəllimləri iştirak edə bilər. Müsabiqəyə məsafədən keçirilən dərs metodikasının yazılı təsviri və bu metodika əsasında keçirilən dərsin video yazısı təqdim olunmalıdır. Məsafədən keçirilən dərsdə müəllim və fərqli məkanda olan ən azı 3 şagirdin iştirakı şərtdir. Keçirilən dərs zamanı müəllimin ekranında gedən prosesin video çəkilişi aparılmalıdır.
Şagird istiqaməti üzrə "Elektron Təhsil" Respublika müsabiqəsinin nominasiyalarına gəldikdə isə bu “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” adlanır. Bu nominasiya üzrə müsabiqəyə təhsil məzmunlu elektron resurslar təqdim edilə bilər. Təqdim edilən işdə müəllifin yaş səviyyəsinə uyğunluq gözlənilməlidir. Məktəb istiqaməti üzrə “Elektron Təhsil” müsabiqəsinin nominasiyaları “Ən zəngin məzmunlu məktəb saytı” adlanır. Bu nominasiya üzrə müsabiqəyə ümumtəhsil müəssisələri üçün hazırlanmış saytlar təqdim edilə bilər. Təqdim edilən saytlarda məktəb barədə ümumi məlumatlar, məktəbin İKT və digər sahələr üzrə nailiyyətləri, yeniliklər və tədbirlər barədə informasiya, məktəbəsaslı tədqiqatların statistik icmalı yerləşdirilməli, məktəb icması üçün maarifləndirmə, təşkilatlanma, cəlbetmə funksiyaları qabarıq olmalı, məlumatların dərc edilməsi davamlı xarakter daşımalıdır.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər 6000-dən artıq layihə təqdim olunub. Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Ermənistanın işğalçılıq siyasəti Yaponiyada ifşa olunub
18.08.2017
XİN rəhbərlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü nə vəd edir?
17.08.2017
“Təmas xəttindəki insanlar hər gün atəş altında yaşasalar da, torpaqlarını tərk etmirlər”
16.08.2017
Dünya mediası faşist Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını tənqid edir
15.08.2017
“Ermənistan diplomatik yoldan imtina edib”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info