Şəkidə ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni qaydalarına dair müzakirələr aparılıb
Tarix: 07.11.2016 | Saat: 13:08:00 | E-mail | Çapa göndər
Şəkidə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminarlar keçirib.
TQDK-dan  bildiriblər ki, tədbirdə Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir və Oğuz rayonlarının ümumtəhsil müəssisələrinin müvafiq fənn müəllimləri iştirak ediblər.
Azərbaycan dili fənni üzrə keçirilən seminarda TQDK-nın şöbə müdiri Afiqə Batıyeva, riyaziyyat fənni üzrə təşkil edilən seminarda isə komissiyanın sektor müdiri Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Daha sonra Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Türk liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili fənni, bu ali təhsil ocağının dosenti İmran Abdullayev isə riyaziyyat fənni üzrə buraxılış imtahanının proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları barədə məlumat veriblər.
Sonda aparılan müzakirələr zamanı müəllimlər gündəlik məsələlərlə bağlı fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Masallı, Astara və Lənkəranda 20 Yanvara həsr olunan mühazirələr təşkil edilib
19.01.2018
Qəbələdə işaxtaran 452 nəfər işlə təmin edilib
19.01.2018
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
18.01.2018
Səbaildə ərazi nümayəndəliyi hesabat verib
18.01.2018
Naxçıvanda daxili işlər orqanlarında xidmət ən müasir tələblər səviyyəsində qurulub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8224

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info