Bayraq Günü qeyd olunub
Tarix: 07.11.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər
Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Dövlət bayrağının müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Demokratik Respublikasının dövlət bayrağı 1990-cı il noyabrın 17-də, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında yenidən dövlət bayrağı kimi təsdiq edilmiş, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı vəsatət qaldırılmışdır. Üçrəngli bayrağımız 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Rektor kollektivi bayram münasibətilə təbrik edib, bayrağımızın daim zirvələrdə, işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması arzusunu ifadə edib. Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Müstəqilliyimiz və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” mövzulu məruzəsində ölkəmizin çoxəsrlik dövlətçilik tarixi, Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranması, elementləri, onunla bağlı qəbul edilən sərəncamlar, Bakıda, Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində və digər rayonlarda Dövlət Bayrağı Meydanı və muzeylərinin yaradılması barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 17 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunması bu günün dövlətçilik tarixindəki əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün paytaxt Bakının ən görkəmli yerində dünyanın ən böyük bayrağı - dövlətimizin müstəqilliyinin, suverenliyini rəmzi olan Azərbaycan Bayrağı dalğalanır. Bu bayraq xalqımızın iftixar və qürur mənbəyi kimi daim müqəddəs sayılacaq! Tədbir universitetin Tələbə Teatr Studiyasının Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb. Bayraq Günü Naxçıvan Dövlət Universitetində müxtəlif fakültə tədbirləri ilə qeyd olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info