“Azərbaycandan gedən yəhudilər də diasporumuzun üzvləridir”
Tarix: 07.11.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər
Azərbaycanlı yəhudilərin xaricdə ölkəmizi təbliğ etmələri diasporumuza əlavə bir güc verib. Azərbaycan-İsrail Cəmiyyəti də bu baxımdan təbliğati və təşviqedici işlər görür. Cəmiyyətin sədri Eduard Çernin hesab edir ki, Azərbaycandan gedən yəhudilər də bizim diasporun bir üzvləridir. Qeyd edək ki, Eduard Çerninin atası Azərbaycanda dünyaya gəlib. Özü 1953-cü ildə Dağıstanda anadan olsa da, 10 yaşından Azərbaycanda yaşayır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1973-ci ildən məhkəmə sistemində çalışır. Hazırda vəkil kimi fəaliyyətini davam etirir. Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

- Azərbaycan-İsrail münasibətlərinin inkişafında bu təşkilatın nə kimi rolu olub?
-Öncə qeyd edim ki, Azərbaycan-İsrail Cəmiyyəti 1989-cu ildə fəaliyyətə başlayıb. Cəmiyyət yaranan gündən respubilikanın tanınmış simaları bura üzv olublar. Azərbaycan-İsrail Cəmiyyəti iki ölkə arasında real körpü və əməkdaşlıq, tərəfdaşlığın aparıcı qüvvəsidir. Bir faktı da nəzərə almaq lazımdır ki, Azərbaycanda İsrailin rəsmi diplomatik nümayəndəliyinin olmadığı bir vaxtda, iki ölkə arasında əlaqələrin yaranması, gediş-gəlişin tənzimlənməsi və s. məsələlərdə bu təşkilat aktivlik göstərirdi.
Bildiyimiz kimi, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1993-cü ildə burada İsrailin səfirliyi açıldı. Həmişəki kimi, Azərbaycan-İsrail münasibətləri uğurla inkişaf etməkdədir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq qurulub.
-Xaricdə hansı layihələr keçirirsiz?
-Ölkəmizi təbliğ edən siyasi və mədəni xarakterli çoxsaylı tədbirlər keçirmişik. Buradan İsrailə təkmilləşmə kursu keçmək üçün həkimlər göndərmişik. Dağ yəhudilərinin geyimləri ilə bağlı İsraildə sərgi təşkil etmişik. Ayrıca Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edirik.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (AZİZ) öz tərəfindən çoxlu işlər görür. Biz də AZİZ-in əksər layihələrində partnyor təşkilat kimi çıxış edirik.
-Azərbaycandakı tolerantlıqadan, yəhudilərə olan münasibətdən İsrail dövləti razıdırmı?
-Azərbaycanda yəhudilərə göstərilən tolerant münasibətə görə İsrail dövlətinin bu ölkəyə xüsusi simpatiyası var. Heç bir ölkədə belə bir tolerantlıq yoxdur. Əksər ölkələrdə tolerantlıqa bağlı problem var. Amma Azərbaycanda bu problem yoxdur. Lakin bu o demək deyil ki, biz yastığımızı qoyaq yataq. Toleratlıq elə bir mənəvi dəyərdir ki, təbi proses olaraq inkişaf etməlidir. Gözlənilən problemlərin qarşısı alınmalıdır.
Həqiqətən də, bizim dövlət rəhbərliyi bu istiqamətdə təqdirəlayiq addımlar atır. Bizlər də vətəndaş olaraq bu işlərdə dövlətimizə kömək etməliyik.
-Azərbaycanın İsraildə səfirliyinin açılması nə dərəcədə zəruridir?
-Əlbəttə ki, zərurətdir. Amma bu məsələ dövlət rəsmilər arasında aparılan danışıqlar çərçivəsində həll olunmalıdır. Lakin həmişə mənə bu sual veriləndə deyirəm ki, düzdür, səfirlik yoxdur. Amma, gəlin, biz elə işləyək, münasibət yaradaq ki, səfirliyin yoxluğu hiss olunmasın.
-Xaricdəki azərbaycanlı yəhudilərin Azərbaycanla bağlı gördüyü işləri necə qiymətləndirirsiz?
- Bir az zəifdir. Əsas bizim problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanlılara qarşı erməni quldurlarının etdikləri soyqırımlarının təbliğatı gücləndirilməlidir. Vaxtında təbliğatı güclü aparmamışıq. 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də, Qubada yaşayan yəhudilərə də qarşı törədilmişdir. Düşünürəm ki, həm Azərbaycan dövləti, həm İsraildə yaşayan və aktiv fəaliyyət aparan Azərbaycan diasporu bu mövzu ilə bağlı daha da effektli addımlar atmalıdır və dünyaya bu faciə haqqında məlumat yaymalıdır.
-Xaricdəki azərbaycanlı yəhudilərlə nə kimi əlaqləriniz var?
- İndi əvvəlki kimi deyil ki, xaricə getdin əlaqən pozulsun. Biz də gedirik, onlar da gəlirlər. Ümumi olaraq ABŞ, Almaniya və s. ölkələrdəki yəhudi soydaşlarımızla əlaqələrimiz var. 2-3 ildən bir xaricdə toplanıb konfranslar keçiririk. Qeyd edim ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir çox xaricdəki yəhudilər bura gəlir. Ümumiyyətlə, azərbaycanlı yəhudilər istər burada, istərsə də xaricdə bu bayramı öz bayramları kimi qeyd edirlər.
-Onların Azərbaycanla bağlı nisgili varmı?
-Təbii ki, var. Onların çoxu 90-cı illərdə buradan gediblər. Bir çoxları fikirləşirdilər ki, gedib xaricdə şah kimi yaşayacaqlar. Amma həmişə belə olmur. Onların eləsi var ki, buradan getdiklərinə görə peşmançılıq hissi keçirir. Amma hara gedirsən get, Azərbaycanın yerini heç bir ölkə vermir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info