İKT sahəsində ixrac yönümlü Milli Assosiasiya yaradılacaq
Tarix: 07.11.2016 | Saat: 20:13:00 | E-mail | Çapa göndər
Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən yaradılan İKT Komissiyası ölkəmizin İKT potensialının xarici bazarlara təşviqinə yardım edəcək

Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. 2003-2013-cü illər ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. Məhz bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılmış və 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer alıb. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanıb.

“Elektron hökumət”in zəruri infrastrukturları yaradılıb

Əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. Cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının, Avropa İttifaqının, UNESCO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü” nəzərə alınmaqla hazırlanmış Milli Strategiya Konsepsiyada İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Ölkədə ”elektron hökumət”in zəruri infrastrukturları yaradılıb. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılmışdır. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir.

Ölkəmizdə İKT və rabitə sahəsində fəaliyyət göstərən biznes dairələrini birləşdirən aparıcı platforma

Azərbaycan Prezidentinin ölkəmizin inkişafının yeni çağırışlar mərhələsində apardığı islahatlar prosesində informasiya kommunikasiya texnologiyaları sahəsinə xüsusi önəm verilir. Bu prosesə yaxından töhfə verilməsi məqsədilə sıralarında 7 000-dən artıq sahibkarlıq subyektini birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən İKT Komissiyası yaradılıb. Komissiyanın əsas vəzifəsi ölkəmizdə İKT-nin inkişafına töhfə verilməsi, bu sahədə biznes mühitinin yaxşılaşdırılması, İKT sahəsində fəaliyyət göstərən sahibkarların maraqlarının əlaqələndirilmiş formada təmsil edilməsi, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və startap hərəkatının genişlənməsinə yardım göstərilməsindən ibarətdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkında İKT Komissiyasının 2-ci toplantısı keçirilib. Toplantıda Komissiyanın üzvü qismində Azərbaycanın İKT sahəsində aparıcı şirkətlərinin rəhbərləri, informasiya cəmiyyətinin tanınmış nümayəndələri, yüksək texnologiyalar üzrə ölkəmizin beyin mərkəzləri, informasiya texnologiyaları üzrə tanınmış iş adamları iştirak edib. Komissiyanın iclasında, həmçinin Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Məlumat Hesablama Mərkəzinin, AZPROMO-nun, AMEA-nın, ADA Universitetinin rəhbərliyi iştirak edib. Komissiyanın iclasında o cümlədən Prezident yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təmsilçisi də iştirak edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının IKT komissiyasının sədri İsmayıl Ələkbərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan irimiqyaslı islahatlar prosesinə ölkə sahibkarların dəstək olduğunu bildirib. Komissiya sədri ölkəmizin biliyə və intellektə əsaslanan yeni iqtisadi model əsasında inkişafının vacibliyini vurğulayaraq, fəaliyyətini bu istiqamətdə quran İKT Komissiyasının strategiyası, gələcək iş prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Komissiyanın ölkəmizdə İKT və rabitə sahəsində fəaliyyət göstərən biznes dairələrini birləşdirən aparıcı platforma olduğu qeyd edilib. Daha sonra nazir müavini Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib. Nazir müavini, bu sahədə kiçik və orta sahibkarlığın, startapların inkişafı, habelə ölkəmizin İKT potensialının xarici bazarlara təşviqi üçün yenicə fəaliyyətə başlamış İKT Komissiyasının töhfə verə biləcəyini vurğulayıb və bu istiqamətdə Komissiyanın işinə uğurlar arzulayıb. Toplantıda iştirak edən digər qurumların nümayəndələri tərəfindən çıxışlar edilərək, ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların, startapların inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, İKT-nin inkişafı istiqamətində dövlətin siyasəti, sahibkarlığın inkişafı və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində dövlət-özəl tərəfdaşlığının yaradılmasının vacib olduğu vurğulanıb. İclas zamanı Azərbaycan İKT Sənayesinin Strateji İnkişaf Planı, Azərbaycanda İKT sahəsində işgüzar dairələri öz sıralarında birləşdirəcək ixrac yönümlü Milli Assosiasiyanın yaradılması, İKT həllərinin və məhsullarının xarici bazarlara ixracının təşviqi, elektron ticarət və qanunvericiliyinin vəziyyəti və əqli mülkiyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Komissiyanın iclası zamanı aparılan müzakirələrdə İKT sahəsində biznes mühitinin yaxşılaşdırılması, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və startap hərəkatına təkan verilməsi üçün konkret təkliflərin hazırlanması və Prezident yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edilməsi qərara alınıb.
A. Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
“Xaricdəki soydaşlarımız Qarabağ mövzusunda kifayət qədər məlumatlandırılırlar”
22.06.2017
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
21.06.2017
Brüsseldə Azərbaycanın qaçqın və məcburi köçkünlərindən danışılıb
20.06.2017
BMT nümayəndəsi: “Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycanı təbrik edirəm“
19.06.2017
Status-kvonun dəyişməsi üçün işğalçıya təzyiq edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6770

1 “Peşəkarlıq yaşa baxmır”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
4 “Özünüzə yaxşı müəllim seçin”
5 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info