Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib
Tarix: 08.11.2016 | Saat: 12:08:00 | E-mail | Çapa göndər
Azərbaycana Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib.
 
APA-nın xəbərinə görə, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.
Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyan ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu deyib. Avetyan ikinci cəhdində Azərbaycana gələ bilib.. Avetyan ilk dəfə Bakıya qeyri-qanuni yolla gəlməyə cəhd etdiyi üçün ölkəyə buraxılmamışdı.
 
Yazıçı Bakıya gələndən sonra sosial şəbəkədə səfərlə bağlı fikirlərini paylaşıb: “Azərbaycan mediası Ermənistanın ünvanına tənqidləri dərc etdiyi üçün onlara açıqlama verirəm. Bu çatışmazlıqları  Ermənistanın satqın tulaları, jurnalistləri, hüquq müdafiəçiləri, qrant və muzd üçün çalışan konyukturaçı "sülhpərvər"ləri heç zaman dilə gətirməyib”.  
 
Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan isə üçüncü ölkəyə göndərilib. Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlmişdi.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Dövlət Departamenti: “Türkiyənin Suriya əməliyyatı bölgədə vəziyyəti gərginləşdirə bilər”
19.01.2018
“The Washington Times”: “Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır”
19.01.2018
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”
19.01.2018
Türkiyə səfirliyi: “Qardaş Azərbaycanın kədərini paylaşırıq”
19.01.2018
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8222

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info