Avetyan: “Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm”
Tarix: 08.11.2016 | Saat: 12:23:00 | E-mail | Çapa göndər
Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir. O bildirib ki, bununla əlaqədar beynəlxalq konfransa “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan da dəvət edilib.
 
Daha sonra beynəlxalq konfrans çərçivəsində “Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə əlverişli zəmin kimi” mövzusunda panel başlayıb. Panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda hazırkı hadisələr bu ölkədə siyasətin sabit olmadığını göstərir: “Ona görə də vətəndaş cəmiyyətinin bu görüşü müzakirələrə böyük töhfə verəcək”.
 
Vahe Avetyan çıxışında bir həftədir Azərbaycanda olduğunu söyləyib: “Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən bura həm yazısı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm, Xocalıabidəsini ziyarət etmişəm. Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm. Bu forumun nəticəsində siyasətçilər, QHT rəhbərləri, fəallar bir qərara gələ bilərlər. Mənim burada uzun illərdir ki, dostluq etdiyim şəxslər var. Bu məsələni biz həll edə bilərik, çünki indiki gənclərdə qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim sonuncu səfərim olmayacaq. Mən Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim. Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var”.
 
Azadlıqdan Məhrumetmə Yerlərinin Monitorinqi İctimai Birliyinin sədri Kamil Səlimov Azərbaycanın ədalətsizliyə məruz qaldığını, torpaqlarının işğal olunduğunu xatırladıb: “Qafqazda problemlər həll edilməyəndə bir ağsaqqal çağırılır. İndiki halda ağsaqqal BMT Təhlükəsizlik Şurasıdır. BMTTəhlükəsizlik Şurasının işğal olunmuş torpaqların azad edilməsi barədə qətnamələrinə riayət edilməlidir. Azərbaycan daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi mümkündür”. 
 
Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ilk mərhələdə azad edilməsini zəruri sayan K. Səlimovun fikrincə, sülhün əldə edilməsində vətəndaş cəmiyyətinin rolu çox mühümdür.
 
Moderator R. Hüseynov Azərbaycanın münaqişənin həllində maraqlı olduğunu vurğulayıb: “25 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ortaq bir mövqeyə gəlməyiblər”.
 
Bununla da birinci panel başa çatıb.  

Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edib
16.01.2018
“Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcəklər”
16.01.2018
Azərbaycan və Bolqarıstanın baş nazirləri ilk birbaşa aviareysin açılışında
15.01.2018
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
15.01.2018
NATO Azərbaycana təşəkkür edib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8185

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info