Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışı müzakirə edilib
Tarix: 08.11.2016 | Saat: 16:55:00 | E-mail | Çapa göndər
Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşayışı: kommunikasiyaların bərpası, sosial və iqtisadi proqramların investisiyalaşdırılmasının həyata keçirilməsi” mövzusunda panel keçirilib.
 
Panelin moderatoru Siyasət və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru Elxan Əsgərov olub.
 
E. Əsgərov Türkiyədə və Rusiyada azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını nəzərə çatdırıb: “İranda da azərbaycanlılarla ermənilər sülh şəraitində yaşayırlar. Bəs, Dağlıq Qarabağda niyə birgə yaşaya bilməzlər? Çünki Ermənistandakı rejim bunu istəmir. Qarabağda sülh şəraitində yaşamaq istədiyini bildirən bir muzey direktoru qətlə yetirildi. Bu gün “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Çaqinyanın Bakıya gəlməsinə əngəl törədilməsi bununla bağlıdır, o, hədələnir. Ermənilərlə azərbaycanlılar yenə də birgə yaşaya bilərlər. Dağlıq Qarabağda yüz illərlə Azərbaycan və erməni icmaları birgə yaşayıblar. Zori Balayanın ideyalarının, “Ocaq” kitabının ortaya çıxması ilə bu iki icma ayrıldı, münaqişə ortaya çıxdı”. 
 
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev bu gün müharibədən çox sülh barədə düşünənlər olduğuna diqqət çəkib: “Biz dialoqun əsasını qoyacağıq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında münasibətlər qaydasına düşəcək. Sadə ermənilər düşünmürlər ki, azərbaycanlılarla bir arada yaşaya bilməzlər. Bizim çox gözəl dostluğumuz olub. Danışıqlar masasına əyləşmək üçün müharibəyə ehtiyac yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edir ki, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verə bilərik. Azərbaycan heç bir ərazisini güzəştə gedə bilməz. Bu ilin aprelində müharibə göstərdi ki, biz razılığa gəlməsək, yüzlərlə qurban olacaq. Ermənistanda analar deyirlər ki, nə üçün övladları Qarabağda ölməlidir. Biz 2009-cu ildə Şuşada olduq, mən bilirdim ki, mən Şuşaya bir saatlıq gəlmişəm. Qayıdandan sonra ürəyim ağrıdı. Mən 2012-ci ildə İrəvanda olarkən Serj Sarkisyandan soruşdum ki, niyə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqa imkan vermirsiniz? Bu sualıma cavab tapmadım. Biz erməni katolikosuna Şuşa məscidinin bərpası ilə bağlı məktub yazdıq, ancaq cavab gəlmədi. Sonradan Şuşa məscidi Moskvada yaşayan qazax əsilli bir iş adamı tərəfindən təmir etdirildi”.
 
R. Rzayev bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilərsə, bu, sülh yolunda mühüm addım olacaq: “Azərbaycan Gürcüstanın inkişafına dəstək verir. Biz qonşularımızın inkişafına niyə dəstək verməkdə maraqlı olmayaq? Birgə yaşasaq, Dağlıq Qarabağ erməniləri bilməlidirlər ki, Azərbaycanın imkanlarından onlar da istifadə edəcəklər. Çalışmalıyıq ki, bu tədbir birinci və axırıncı olmasın. Demirik ki, birinci görüşdən dost olacağıq. Dostluğa nail olmaq üçün, sülh üçün addımlar atılmalıdır. Azərbaycanda hazırda çoxlu sayda erməni yaşayır. Üç erməninin şəxsiyyət vəsiqəsi ilə bağlı problem oldu, məhkəməyə müraciət etdilər və onlara şəxsiyyət vəsiqəsi verildi. Bu, Azərbaycan hakimiyyətinin vətəndaşlarına münasibəti, birgə yaşayışın nümunəsidir”.
 
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Azərbaycan və erməni xalqları arasında “buzlar”ın əriməyə başlamasının sevindirici olduğunu söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Qulam İshaqzai: “Azərbaycanın dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir”
22.09.2017
 “Dövlət başçısı çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha Qarabağ münaqişəsinə yönəltdi”
22.09.2017
“Prezident BMT-dəki çıxışı ilə Sarkisyanın yalanlarını ifşa etdi”
22.09.2017
Ukrayna XİN rəhbərinin Azərbaycana səfəri planlaşdırılır
22.09.2017
NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gələcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info