Azərbaycanda İKT infrastrukturu və xidmətləri modernləşdirilir
Tarix: 08.11.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Yeni layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqama
toxunacağıq.

İnnovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiya
Nümayəndəlikdən bildirilib ki, layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır. Layihə çərçivəsində beynəlxalq təşkilatlarla BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP), eləcə də Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək. Eyni zamanda, “e-iştirak” üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də “elektron hökumət” infrastrukturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə də birgə əməkdaşlıq layihədə planlaşdırılıb. BMTİP Azərbaycan hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və hazırda da davam etdirilir. BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, AzDataCom şəbəkəsinin qurulması, Data Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması sahəsində layihələrinin həyata keçirilməsində əməkdaşlıq edib.

Milli informasiya və kommunikasiya infrastrukturunun potensialı artırılır
Qeyd edək ki, AzDataCom layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur. Layihənin məqsədi milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması, dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi, informasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi, ölkədə rəqəmli geriliyin aradan qaldırılması, e-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsidir. 2004-cü ildən icrasına başlanılmış layihədə AzDataCom şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilib. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilib. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulub. Layihənin icrası nəticəsində Bakı ilə regionlar arasında yüksəksürətli əlaqənin təmin olunması, regionlarda internetin inkişaf etdirilməsi və İKT-dən istifadə imkanlarının artması, “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin həyata keçirilməsinə dəstək verilməsi, NGN texnologiyası və İP-telefoniya xidmətlərinin inkişaf etdirilməsi, distant təhsil, e-kommersiya, biznesin məsafədən idarə olunması və digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradılması təmin edilib.

Telekommunikasiya tranzit marşrutunun diversifikasiyası

Razılıq əldə edilən sahələrdən biri də Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsidir. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi, əsasən, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Birinci mərhələdə aparıcı region ölkələri və operatorlar Qərbi və Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar. Bu şəbəkə “TASİM”-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaq. İkinci mərhələdə “TASİM” qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Bununla yanaşı, Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək “TASİM” şəbəkəsinə birləşdiriləcək. “TASİM” layihəsinin reallaşdırılması region üçün əsas faydaları təkmilləşdirilmiş regional və qlobal bağlantı, telekommunikasiya tranzit marşrutunun diversifikasiyası, təkmilləşdirilmiş qəza bərpa çevikliyi, rəqəmsal uçurumun azaldılması və Davamlı İnkişaf Məqsədlərinə töhfə və regional innovasiya və müasirləşməyə töhfədir. “TASİM” layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
İKT ekosistemlərinin inkişafı
2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək məqsədilə regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması üçün Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının (EuraCA) yaradılması təklifi bu qətnamədə öz əksini tapıb. Avrasiya regionunda “TASİM” kimi telekommunikasiya tranzit marşrutları üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək “EuraCA”-nın yaradılması üçün BMT-nin növbəti siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə ilə bir daha yenilənib. “TASİM” layihəsinin Katibliyi yarandığı ildən etibarən müxtəlif nüfuzlu beynəlxalq təşkilat və qruplarla sıx əlaqələr qurur. Bu baxımdan, “UN ESCAP” tərəfindən 2013-cü il 24-25 sentyabr tarixində Manilada, 3-4 dekabr tarixində isə Bakıda İnformasiya Super Magistralı və Regional Bağlantı mövzusunda təşkil edilən ekspert məsləhətləşməsi adlı tədbirlərdə “TASİM” və “EuraCA” layihələrinin təqdimatı keçirilib. Nəticədə, regional əhəmiyyətli hər iki tədbirin yekun sənədlərində “TASİM” layihəsi Avropa və Asiyanı birləşdirən trans-sərhəd yerüstü bağlantının vacib regional nümunəsi olmaqla yanaşı, Asiya İnformasiya Super Magistralı təşəbbüsünün əsas hissəsi kimi əks olunmuş Manila Ekspert Məsləhətləşməsinin yekun tövsiyələrində BMT-nin “EuraCA” təşəbbüsünə dəstəyini ifadə edən qətnaməsi öz əksini tapmışdır. Belə ki, rabitə sahəsində mövcud və perspektiv irimiqyaslı layihələrin (genişzolaqlı bağlantı, peyk bağlantısı və s.) müzakirəsi üçün platformanın yaradılması, bu sahədə problemlərin həlli və uğurlu təcrübələrin bölüşməsi, rəqabətə davamlı biznes telekom mühitinin formalaşması, İKT ekosistemlərinin inkişafı, dövlət özəl tərəfdaşlığını nəzərdə tutan trans-regional layihələrin təşviqi məsələləri xüsusilə qeyd olunub. Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkə xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir. Bu baxımdan, yaranmış “rəqəmsal fərq”in aradan qaldırılmasında “EuraCA” və “TASİM” layihələri xüsusi əhəmiyyətə malikdir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info