Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
Tarix: 08.11.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər
Daxili İşlər Nazirliyində nazirliyin Kollegiya qərarlarının icrasının, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlərinin və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə daxili işlər nazirinin müavini Baş Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev çıxış edib. O qeyd edib ki, Daxili İşlər Nazirliyi tərəfindən respublikada cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və ardıcıllığının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, effektiv idarəetmə sisteminin formalaşdırılması, bütövlükdə, fəaliyyətin qanunvericiliyin tələblərinə, dövlət başçısının tapşırıqlarına uyğun qurulması məqsədilə mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər ölkədə kriminogen durumun uzun illər tam nəzarətdə saxlanılmasını, əməliyyat şəraitində baş verən neqativ dəyişikliklərə qarşı çevik cavab tədbirlərinin görülməsini, xidməti vəzifələrin xalqın və dövlətin maraqlarına uyğun yerinə yetirilməsini şərtləndirib, vətəndaş məmnunluğunu təmin edib. Bildirilib ki, son 3 ilə yaxın müddətdə 13 Kollegiya iclası keçirilib və nəticələri üzrə 21 qərar qəbul olunub. Bu qərarlarda əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı orqan və hissələr qarşısında konkret vəzifələr qoyulub. Onların icra vəziyyətinin öyrənilməsi göstərir ki, Nazirliyin aparatının struktur qurumlarına verilmiş tapşırıq və göstərişlər kurator nazir müavinlərinin nəzarəti altında vaxtında və tam yerinə yetirilib. Yerlərdə də bu işə məsuliyyətlə yanaşılıb, müəyyən olunmuş tədbirlər bütövlükdə həllini tapıb.

9 ayda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub
Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edərək deyib ki, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, bu sahədə görülən işlər əvvəlki Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilib, şəhər, rayon polis orqanlarına əməli köməkliklər edilib. Bildirilib ki, cari ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyənləşib. İtkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb. Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə olunub. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin 9 ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib, 28 şəxs 6300 manat miqdarında cərimə edilib, daha 71 protokol üzrə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub ki, onlardan da 63-ü həbs, 46-sı cərimələnib. Qeyd olunub ki, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında ayrı-ayrı şəhər və rayonlarda 2000-ə yaxın görüş, 300-dən çox tam orta məktəbin rəhbərliyi, müəllimləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilib. Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş uğurlardan, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar. İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək əsaslı dönüş yaradılmasını tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib. İlin başa çatmasına 2 aydan da az müddət qaldığını diqqətə çatdıran Ramil Usubov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini tələb edib, eyni zamanda, profilaktik işin, xüsusilə yeniyetmə və gənclər arasında, təhsil müəssisələrində yerli hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə antinarkotik təbliğat və təşviqatın daha da gücləndirilməsinin, cinayətlərin qarşısının alınmasının və bağlı qalmış cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması, əvvəllər məhkum olunmuş şəxslər və yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının vaxtında alınması üçün adekvat ölçülər götürülməli, hər bir orqan və hissədə qanunçuluğun, nizam-intizamın gücləndirilməsi, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və operativ şəkildə münasibət, əməkdaşların tapşırılmış sahəyə məsuliyyətinin, peşəkarlıq və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində fəaliyyət daha böyük əzmlə davam etdirilməlidir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info