Fiziki imkanı məhdud olan Kəngərli sakini 5 hektar sahədə bağ salıb
Tarix: 10.11.2016 | Saat: 14:26:00 | E-mail | Çapa göndər
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Hümbət Həsənov bir qolunun olmamasına baxmayaraq, Naxçıvan-Sədərək magistral yolunun kənarındakı 5 hektarlıq sahədə bağ salıb.
Hazırda 66 yaşı olan Hümbət Həsənov 1972-ci ildən sağ qolunu itirib, sağlamlıq imkanı məhduddur. Amma bu, onun təbiətə sevgisinə təsir etməyib. İnsanlar onun saldığı bağdan meyvə dərdikcə, burada istirahət etdikcə Hümbət Həsənov sevincindən qanadlanıb uçur. Bir sözlə, ərsəyə gətirdiyi bağ həm də onun qol-qanadıdır. O, əkdiyi ağacları öz övladları hesab edir. Elə vaxtının çoxunu da övladları, nəvələri ilə birlikdə bu bağda keçirir. Nəvələrindən Firdovsi söz verib ki, babasından sonra bu bağa özü qulluq edəcək.
Hümbət Həsənov yol kənarına əkdiyi ilk iydə ağacını da unutmayıb. O deyir ki, sonradan bu sıraya tut, alça, ərik, badam, albalı ağacları qoşulsa da, bu ağacın yeri bir başqadır. Hümbət Həsənov vurğulayır ki, Naxçıvanda təbiəti sevən insanların sayı günbəgün artır. Bu gün məktəblidən ahıladək hər bir naxçıvanlı iməciliklərdə iştirak edir, torpağa yüzlərlə ting əkir, ona qulluq edib, boya-başa çatdırır. Bu gün Naxçıvan Azərbaycanın yaşıl ürəyinə çevrilir. Hamı düşünür ki, əkdiyi hər bir ağac aldığı nəfəsdir, ona nəfəs qədər yaxındır.
Gəncləri ağac əkməyə, təbiəti qorumağa və bu yolla dünyanı xilas etməyə çağıran Hümbət Həsənov deyir ki, ağac var çiçəyi, yarpağı, qabığı ilə dərdlərə məlhəmdir. Ağac var, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac da var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları həyətləri bəzəyir. Ümumilikdə isə ağaclar insanın sağlamlığının qoruyucusu, boya-başa çatdığı məkanın yaraşığıdır.
Bəli, sadə insanlar ucalmağı, iz qoymağı elə sadə yolla bacarırlar. Elə buna görə də görkəmli təbiətşünas alimimiz, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi deyirdi ki, ucalmaq üçün hündür ağacların başına çıxmaq yox, körpə fidanlar əkmək lazımdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb
08.12.2017
Ağstafada körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info