E-kitaba, yoxsa çap kitabına üstünlük verilməlidir?
Tarix: 10.11.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Bəziləri e-kitabı mənimsəyib istifadə etməyə başladığı halda, bəziləri də çap kitablardan imtina edə bilməyib. Əslində, müşahidə etdikdə hər iki tərəfin də bu seçimi edərkən özünə görə əhəmiyyətli səbəbləri var.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. Beləliklə, bu gün ölkə əhalisi İKT-nin tətbiq olunduğu bütün imkanlardan yararlanır. Bu gün İKT-nin yaratdığı imkanlardan biri də e-kitabdır. Hazırda əhalinin bir qismi artıq kitabları yeni üslubda, yəni e-kitab vasitəsilə oxumaq imkanına malikdir.
Texnologiyanın insanların həyatına daxil etdiyi ağıllı telefonlar və tabletlər bir çox sahədə asanlıqlar yaradıb. Bu istiqamətdə qarşıya çıxan yeniliklərdən biri də e-kitab, yəni elektron kitab oldu. Bu, oxucular üçün əhəmiyyətli bir imkan yaratdı. Bəziləri e-kitabı mənimsəyib istifadə etməyə başladığı halda, bəziləri də çap kitablardan imtina edə bilmədi. Əslində, müşahidə etdikdə hər iki tərəfin də bu seçimi edərkən özünə görə əhəmiyyətli səbəbləri var.
E-kitablar, əslində, əhəmiyyətli bir keçmişə sahib olsalar da 2007-ci ildə daha məşhur oldu. Həmin ildə məşhur alış-veriş saytı olan “Amazon”nun bazara çıxardığı “Kindle” adlı cihaz, e-kitabların məşhur olmasını təmin edəcək qapını açdı. O illərdə “Kindle”nin yaxaladığı satış rəqəmləri e-kitabın nə qədər önəmli olduğunu göstərdi.
Bəzən insanlar belə fikirləşirlər ki, hələ hər hansı bir e-kitab oxumadım, bəs necə oxuya bilərəm. Əgər bir e-kitab oxumaq istəyirsinizsə, ilk olaraq bir elektron cihaza sahib olmalısınız. Bunun üçün tabletlər, ağıllı telefonlar və sırf bu iş üçün istehsal edilmiş e-kitab cihazlarından istifadə edilsə də, kompüterdə də e-kitab oxuya bilərsiniz. Lakin kompüterlərin istər böyüklüyü, istərsə də daşına biləcəyi ilə bağlı məhdudiyyətlər ağıllı telefonların və tabletlərin bu iş üçün daha önəmli olduğunu göstərir. Bu cihazlardan birinə sahib olduqda cihaza yükləyəcək e-kitab vasitəsilə ödənişsiz və ya ödənişli olaraq ondan istifadə etmək olar.

Çap kitabının hansı üstünlükləri var?

Bir kitabı düşündükdə oxucunun yadına həmin kitabla bağlı müxtəlif xatirələr düşür. O kitabı kitabxanasından götürdüyü, oxuduğu və aradan illər keçməsinə baxmayaraq, kitabı təkrar əlinə aldığında zehnində canlandıra biləcəyi çox şeylər olur. Eləcə də əlində neçə illər bundan əvvəl qalan bir kitabın da olması oxucunu olduqca xoşbəxt edəcək. Hətta əlinizdəki kitabın çox az sayda nəşr edildiyi və onlardan da birinin sizdə olduğunu xəyal etmək gözəl düşüncələrdir.
Kitabı oxuyarkən hiss edilən duyğular, e-kitab oxuyarkən hiss edilən duyğulardan daha təbii və həqiqi olur. Çünki o cihazlarda insan təbiətinə aid olmayan şeylər var. Oxucular bəyəndiyi və ya onun üçün xüsusi olan bir kitabı dostları ilə paylaşa bilirlər və o kitab təkrar kitabxanaya döndükdə, bəlkə də, üzərində insanın gözyaşı, xoşbəxtliyi və ya bir çox təxmin edə bilməyən şeylər olur.
E-kitabda kitabı almadan əvvəl yalnız bir neçə səhifəyə baxmaq imkanı əldə edə bilirsiniz. Lakin çap kitabı almaq istədiyinizdə kitaba sərhədsiz şəkildə baxa bilərsiniz.

E-kitab oxumanın üstünlükləri nələrdir?

E-kitablar qiymət baxımından daha ucuzdur. Xaricdə e-kitablar çap kitablarının üçdə biri qiymətinə satılır. Bir dəfə e-kitab əldə etdikdən sonra kitaba verəcəyiniz pul daha az olacaq. Pulsuz kitablar da var. E-kitablar sayəsində daha az kağız xərclənir. Daha az ağac kəsilir. Bu, çox əhəmiyyətlidir. E-kitablar asan daşına bilir. Bir oxucu onlarla e-kitab apara bilər. Beləliklə, kitablarınızı çətinlik çəkmədən daşıyır və istədiyiniz zaman oxuya bilərsiniz. E-kitablar az yer tutur. 1-2 kitab üçün önəmli deyil, amma yüzlərlə kitabı saxlamaq üçün yer lazımdır və bu kitabların baxımı da zaman alır. Nəticədə e-kitablar bu problemi tamamilə aradan qaldırır. E-kitablarda axtarış, qeyd etmək daha asandır. Elektron mühitin verdiyi çox gözəl üstünlüklər var. E-kitab oxuyarkən yazı böyüklüyünü dəyişdirmək imkanı var. E-kitab əldə etmək çox sürətli və asandır. Bir e-kitabı bəyəndikdən 5 dəqiqə sonra oxumağa başlaya bilərsiniz. Həmin an satın alın, endirin, cihaza yükləyin və oxumağa başlayın. E-kitabların saxlanması və qorunması da asandır. Buna misal olaraq, İsgəndəriyyə Kitabxanası e-kitab olaraq saxlansaydı bu an elm və texnika daha irəlidə ola bilərdi. E-kitabları çap etdirmək olur. Mütəxəssislərin fikrincə, e-kitabların çox üstünlüyü olsa da çap edilmiş kitablar heç bir zaman ölməz.

E-kitabın mənfi cəhətləri:
Bu gün e-kitabların sayı nə qədər artsa da, hələ də bir çox ölkələrdə onların sayı olduqca azdır. Buna görə də əgər oxumaq istədiyiniz kitab kifayət qədər məşhur olmasa, e-kitab halında tapmaq şansınız olduqca aşağıdır. E-kitabdan cihazlar sayəsində yararlansalar da əgər cihazın ekranı yaxşı vəziyyətdə deyilsə, çətinliklərlə üzləşirsiniz. Yaxşı bir ekran sahibi olan cihazların da qiymətləri yüksək ola bilər.
Cihazların ən zəif nöqtəsi isə adapterdir ki, cihazdan kitab oxunduqda daha da problem yaranır. Tabletlər və yalnız e-kitab oxumaq üçün istehsal edilmiş cihazlarda bu mövzu problem olmasa da, ağıllı telefonlarda e-kitab oxuma işinə başlamazdan əvvəl düşünmək lazım gəlir. E-kitabları qanuni olaraq oxuyursunuzsa endirdiyiniz hər kitab sizin hesabınıza nəzərə alınır. Bu da ödənişli kitabları yoldaşlarınızla paylaşa bilməyəcək mənasını verir. Bəzən televiziyaya çox baxdığımızda gözlərimiz ağrıya bilir. Uzun müddət bir cihazdan kitab oxumaq bəzilərimiz üçün çox da xoş təsir bağışlamaya bilər.

E-kitab oxumaq yuxuya və sağlamlığa zərərlimi?

“Yatmaq vaxtı gəldiyində, əlinizdə bir elektron kitabla (e-kitab) "bir şey oxuyum" deyirsinizsə, əslində, yuxunuza və sağlamlığınıza zərər vermiş olursunuz. Bu xəbərdarlığı Harvard Universitetinin Tibb fakültəsində amerikalı həkimlər edib.
Araşdırma qrupu, yatmazdan əvvəl işıq yayan e-kitab oxuyanlarla, kağız kitabları oxuyanları müqayisə edib. Araşdırmaçılar, yuxu keyfiyyətini pozan və ertəsi səhər adamın daha yorğun qalxmasına səbəb olan e-kitabları oxuyanların yuxuyagetmə müddətlərinin də çap kitab oxuyanlara görə daha uzun olduğunu ortaya çıxarıb.
Mütəxəssislər, axşam saatlarında məruz qalınan işıq səviyyəsinin aşağı salınmasını tövsiyə edirlər. Əgər əlinizdəki çox lazımlı kitabsa, yuxu nizamına təsiri, bəlkə də, ağlınıza gələn son şey olar, lakin yuxu vaxtı məruz qalınan işığın yaratdığı təhlükələrlə əlaqədar narahatlıqlar getdikcə artır.

Yuxu hormonu istehsal olunmur

Gecə və gündüz ritmi, məruz qalınan işığın müəyyən etdiyi vaxt vasitəsilə orqanizmi də uyğun hala gətirir. Lakin ağıllı cib telefonları, tablet, kompüterlər və LED texnologiyasında tez görülən mavi işıq bədən saatını poza bilir. Axşam saatlarında məruz qalınan mavi işıq, yuxu hormonu- melatonin istehsalına mane ola bilir və ya istehsalı yavaşladır. Araşdırma üçün seçilən on iki adam, iki həftə boyu yuxu laboratoriyasında saxlanıb. Təcrübəyə qatılanlar beş gün boyunca çap kitab, digər beş gün isə iPad tablet kompüterlərindən e-kitab oxuyub. Qan nümunələri, e-kitab oxuyanlarda yuxu hormonu olan melatonin istehsalının azaldığını göstərib.
E-kitab oxuyanların həmçinin yuxuyagetmə müddətlərinin daha uzun olduğu və dərin yata bilmədikləri aydın olub. Onların, eyni zamanda ertəsi gün səhər daha yorğun oyandıqları təsbit edilib.
Araşdırma qrupunun rəhbəri, professor Çarlz Czeisler bildirib ki, "e-kitab oxuyarkən işıq birbaşa adamın gözlərində əks olunur. Lakin kağız çaplı kitab oxuyanlar və ya orijinal “Kindle”oxuyanlar isə yalnız kitabın səhifələrindən əks olunan işığa məruz qalırlar". Yuxu pozuqluğunun sağlamlığa da mənfi təsir etdiyini deyən Czeisler deyib: "Yuxu çatışmazlığı, ürək-damar (ürək və damar) narahatlıqları, piylənmə və diabet kimi maddələr mübadiləsi narahatlıqlarını və xərçəng riskini artırdığını göstərir”. Surrey Universitetində işığın bədənə təsirini araşdıran doktor Viktoria Revell də bildirib ki, insanlara, xüsusilə gecə cib telefonlarından, tabletlərdən çox tez-tez istifadə edən gənclərə, işıq yayan e-kitab istifadəsini axşam saatlarında azaltmalarını tövsiyə edirik.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info