Muxtar respublika mavi yanacaqla təmin olunur
Tarix: 11.11.2016 | Saat: 13:44:00 | E-mail | Çapa göndər
“Naxçıvanqaz” İstehsalat Birliyindən “Şərq qapısı” qəzetinə bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin xidmətə nəzarət daha da gücləndirilib, istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılaraq, aşkarlanan qaz sızmaları texniki-təhlükəsizlik qaydalarına uyğun olaraq aradan qaldırılır. Bu istiqamətdə işlərin icrası davam etdirilir. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb. Birliyin mütəxəssisləri tərəfindən sosial obyektlərin, idarə və təşkilatların, yaşayış binalarının qazanxanalarına texniki baxış keçirilən zaman mövcud problemlər araşdırılaraq nöqsanlar aradan qaldırılıb.
Qeyd edək ki, “Naxçıvanqaz” İstehsalat Birliyi və onun yerli idarələri qaz itkisinə səbəb olacaq nöqsanları aradan qaldırmaq məqsədilə bu sahəni tam nəzarətə götürüb. Birliyin 104 nömrəli qaynar xətti fəaliyyət göstərir. Gün ərzində həmin qaynar xəttə müxtəlif xarakterli çağırışlar daxil olur. Çağırışlar daxil olan anda birliyin qəza-dispetçer xidmətinin əməkdaşları hadisə yerinə gedir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və keyfiyyətli təbii qazın nəqli bərpa olunur. “Naxçıvanqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə, yəni 2005-ci ilin payızından 1 noyabr 2016-cı il tarixədək aparılmış məqsədyönlü işlərin nəticəsi kimi, ümumilikdə, muxtar respublika üzrə təbii qazdan 84 min 873 əhali abonentinin, 2 min 23 qeyri-əhali abonentinin istifadə etməsi təmin olunub.




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb
08.12.2017
Ağstafada körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info