Musəvi: “Azərbaycan KİV-i ilə təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq”
Tarix: 11.11.2016 | Saat: 14:29:00 | E-mail | Çapa göndər
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun Fars informasiya agentliyinin icraçı direktoru Seyid Nizaməddin Musəvi ilə görüşündə ölkələrimiz arasında tarixi, mədəni və dini ortaqlıqlardan, əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolundan bəhs edilib.
Noyabrın 16-17-də 100-dən çox xəbər agentliyinin rəhbərlərinin iştirakı ilə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə dəvət olunduğu üçün təşəkkürünü bildirən S.N.Musəvi Azərbaycana səfəri çərçivəsində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərin keçirilməsində, təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu vurğulayıb.
Söhbət zamanı icraçı direktor rəhbərlik etdiyi agentliyin fəaliyyəti barədə məlumat verib.
Səfir Bünyad Hüseynov Azərbaycan-İran münasibətləri barədə danışaraq son üç ildə ölkə prezidentlərinin yeddi dəfə görüşdüklərini bildirib. O, iki ölkə arasında müxtəlif sahələri əhatə edən hüquq bazasının olduğunu diqqətə çatdırıb, 40-ı iqtisadi sahəyə aid olmaqla, ümumilikdə 127 sənəd imzalandığını qeyd edib. Dövlətlərarası Müştərək Komissiyanın indiyədək 10 iclasının keçirildiyini, növbəti iclasın isə Bakı şəhərində təşkil olunacağını nəzərə çatdıran səfir komissiya çərçivəsində iqtisadiyyat, alternativ və bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahələrində işçi qrupların fəaliyyət göstərdiyini deyib. Səfir Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Azərbaycan-İran dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan B.Hüseynov ölkəmizin ərazisinin 20 faizinin 25 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, Azərbaycan-İran sərhədinin 132 kilometrinin nəzarətsiz qaldığını vurğulayıb.
Hər iki ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan diplomat məlumatın ilkin mənbədən əldə olunaraq yayılmasının əhəmiyyətini qeyd edib.
Görüşdən sonra səfir Fars informasiya agentliyinin fəaliyyəti ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Dövlət Departamenti: “Türkiyənin Suriya əməliyyatı bölgədə vəziyyəti gərginləşdirə bilər”
19.01.2018
“The Washington Times”: “Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır”
19.01.2018
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”
19.01.2018
Türkiyə səfirliyi: “Qardaş Azərbaycanın kədərini paylaşırıq”
19.01.2018
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8222

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info