Nəsimi məktəbliləri “Ölkəmizi tanıyaq“ adlı tur-aksiyada iştirak edəcəklər
Tarix: 11.11.2016 | Saat: 17:13:00 | E-mail | Çapa göndər
Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə 2014-cü ilin noyabr ayında Quba, Qusar və Xaçmaz rayonlarına, 17-20 mart 2016-cı il və 24-27 mart 2016-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasına maarifləndirici tur-aksiyaları təşkil olunub. Bu tur aksiyalar qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxıb. İştirakçıların bir çoxu ölkəmizin bölgələrində ilk dəfə olmuş və onlar evlərinə  çox böyük təəssüratlarla qayıdıblar. Prezident İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan 40 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcəklər. Bu ildə Prezident İlham Əliyevin tapşırığına əsasən 12-15 noyabr 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün VI maarifləndirici tur-aksiyası təşkil olunub. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Lənkəran - Masallı - Astara rayonlarına səfər edəcəklər.
"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.
Natiq bildirib ki, tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq. Qeyd olunub ki, cari ilin yay aylarında Nəsimi Rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrində Qəbələ və Quba rayonlarında hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələri təşkil olunub. «Ölkəmizi tanıyaq» VI tur aksiyası üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilib. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunub. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür. Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən valideynlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə, ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
  
Nigar








 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7535

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info