Əli Kərimli Klintona yazılan məktubu Trampa göndərib
Tarix: 11.11.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər
Məktubu dəyişməyi unutduğundan içində “ərinin ünvanına” da, xoş sözlər qeyd edilib

ABŞ-da keçirilən prezident seçkisinin nəticəsinin Azərbaycan müxalifəti ilə nə əlaqəsi ola bilər? Çox düşünmək lazım deyil. Bu əlaqə ancaq bizim radikal müxalifətin, daha doğrusu “beşinci kolon” funksiyası yerinə yetirən şəxslərin özlərini gözə soxmaq formasında ola bilər.
Amma onu belə, normal formada edə bilmirlər. Xarici maraq qruplarının sifarişlərini yerinə yetirərək ölkənin əleyhinə necə biabırçı formada fəaliyyət göstərirlərsə, özlərini yeni ABŞ hakimiyyətinə təqdim etməyə çalışmağı da eyni formada edirlər. AXCP sədri Əli Kərimlinin ABŞ-ın yeni seçilmiş prezidenti Trampa təbrik məktubu yazmasının özü çox gülünc addımdır. Çünki Əli Kərimli ancaq hansısa maraq qruplarının nəzarətində olan şəxslər, QHT-lər tərəfindən tanına bilər. Amma Kərimli bu işi belə, bacara bilməyib. O qədər məsuliyyətsiz, qeyri-peşəkar insanlardır ki, adi məktubu belə yazıb ortaya çıxara bilmirlər. Deməli, AXCP sədri təbrik məktubunu əvvəldən hazırlayıb. Məktub da Klintonun seçilməsinə hesablanıb. Yəni, Əli Kərimli ingilis dili tərcüməçisinə xanım Klinton üçün təbrik məktubu hazırlatdırıb. O, xanım Klintonun prezident seçiləcəyinə o qədər ürəkdən inanırmış ki, təbrik məktubunu öncədən hazırlayıb. Hətta o məktubun içində xanımın "husband" (yəni ərinin) ünvanına da xoş sözlər ünvanlanıb. Amma amerikalılar Klintonu yox, Trampı seçdi. AXCP sədri məktubu yeniləmək əvəzinə, elə ad olan yerdə Klintonu Trampla əvəzləyib. Bu yerdə gərək AXCP sədri məktubu başdan-başa yeniləyəydi. Amma ya ərincəklik olub, ya əl altında ingilsicə məktub yazan tərcüməçi olmayıb, ya da fikirləşiblər ki, nə fərqi var, Hillari olmasın, Donald olsun, ad-soyadı dəyişərik, iş bitər. Amma ortaya biabırçı mənzərə çıxıb. Tramp, məktubda qeyd olunduğu kimi, Demokratlar Partiyasının namizədi deyil, Respublikaçıların namizədidir. İkincisi, onun "husband"ı (yəni əri) yoxdur, özü ərdir. Amma Kərimli Trampın “ərinə” tərif yağdırıb… Dünya hegemonu olan ölkənin birinci şəxsinə "əriniz" deyə müraciət etmək gerçəkdən də böyük nöqsandır. Görünür, cəbhəçilər hamıdan qabağa düşmək ehtirası ilə tələsiblər, nəticədə belə bir biabırçılıq olub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Toivo Klaar Bakıya səfər edəcək
18.11.2017
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
17.11.2017
Lavrov Azərbaycana səfər edəcək
17.11.2017
Afşan Xan Azərbaycana səfər edəcək
16.11.2017
“İnşallah Laçının, Şuşanın, Ağdamın uşaqları ata torpaqlarına dönəcəklər”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info