İdmançılarımız 9 ayda 512 medal qazanıb
Tarix: 14.11.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Azərbaycan 2016-cı ilin ilk 9 ayında 512 medal əldə edib. Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov ötən gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu medallardan 121-nin əyarı qızıl olub. Azərbaycan idmançıları həmçinin 146 gümüş və 245 bürünc medala layiq görülüblər. Bu rəqəm ilin ilk 9 ayını əhatə etdiyindən, son 3 ay nəzərə alınmayıb:
“Bu gün dünyada Azərbaycanı idman ölkəsi kimi qəbul edirlər. Bu mənada qazandığımız medalların sayının ilin sonuna qədər artacağına şübhə etmirik”. Fərid Mansurov gələcək planlarından da danışıb: “Mən idmançı olan vaxtda da mətbuata açıq olmuşam. Hazırda nazirlikdə çalışıram və bura idmandan gəlmişəm. Burda işləmək həm maraqlı, həm də məsuliyyətlidir. Məqsədimiz qazanılan nəticələrin davamını gətirməkdi. Bu mənada əsas diqqət idman məktəblərinə yönələcək”. O, idmançı olduğu dövrlə vəzifədə olduğu dövrü də müqayisə edib: “İdmançı olduğum vaxtlarda yalnız özüm üçün çalışırdım. Amma indi idman ictimaiyyəti üçün çalışıram. Məsuliyyətim daha böyükdür. Nəzarətimdə olan 6 sektordan ikisinin rəhbəri öz istəyi ilə ərizələrini yazıb, vəzifəsindən kənarlaşıb”. Olimpiya çempionu məktəblərdə idmançı-məşqçi problemi ilə bağlı məsələlərə də aydınlıq gətirib. O vurğulayıb ki, hansısa məşqçinin adı var, özü yoxdusa, qrup dərhal bağlanacaq: “Bu, idmanımızı şikəst edən bir şey sayılır. Əgər şəxs uşağını voleybol qrupuna aparır və orda müəllim olmursa, bunun qarşısını alacağıq”. Həndbol, qılıncoynatma və bu kimi federasiyalarda rəhbər dəyişikliyi ilə bağlı dəqiq söz deməyən Mansurov bildirib ki, lazım olan dəyişikliklər ediləcək: “1,5 ildir fəaliyyətini dayandıran otüstü hokkey federasiyası işini bərpa edib. Həmçinin bu günlərdə voleybol federasiyasında da dəyişikliyin şahidi oldunuz”. O, komanda idman növlərinin inkişafının federasiyalardan da asılı olduğunu açıqlayıb, həmçinin klublarımızın ad dəyişikliyinə də münasibət bildirib: “Hər şey mərhələ-mərhələ həll olunacaq. Bu vəzifədə ilk görüşüm uşaq gənclər idman məktəbi ilə oldu. Bizim ən yaralı yerimiz bu ocaqlardı. Bunu həll etsək, çox şey düzələcək”. Fərid Mansurov güləş yığmalarında məşqçi dəyişikliyinə də münasibət bildirib: “Komandalarımız yerli mütəxəssislərə tapşırılmaqla düzgün addım atılıb. Onların fəaliyyət dövründə öz uğurları var”. Şöbə müdiri güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Xetaq Qazyumovun karyerasını bitirdiyini açıqlayıb: “Bu yaxınlarda Rövşən haqda da bunu oxudum. Amma mən hələ bu barədə dəqiq nəsə bilmirəm. Onunla bağlı hər şeyə federasiya cavab verə bilər”. Mansurov yığmamızdakı legionerlərdən razı qaldığını deyib. Onun sözlərinə görə həmin əcnəbilər bayrağımızı qaldırır və bizə uğur qazandırır: “Əsas məqsəd onların yerli gənclərlə əvəz olunmasıdır. Buna elə də çox qalmayıb. Lakin bəzi növlərdə, həqiqətən də, legionerə ehtiyac var. İdmanda isə rəqabət lazımdı”. O, sonda su idman növlərinin inkişafı ilə bağlı da danışıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.02.2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 114 dəfə pozub
24.02.2018
Goranboyda Bayraq muzeyinin və Dövlət Bayrağı meydanının tikintisinə başlanılıb
24.02.2018
MSK daha 2 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib
24.02.2018
Horadizdə Xocalı soyqırımı abidəsi açılıb
24.02.2018
Şəmkirdə şəhid əsgərin xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8490

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 “İnfeksion xəstəliklər qarşısı daha asanlıqla alınan və müalicə olunandır, amma ...”
4 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info