“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
Tarix: 16.11.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi Paulo Aleksandre Ferreira ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin, xüsusən iqtisadi əlaqələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi apardılar, əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Ölkəmizdə aparılan köklü-iqtisadi islahatlar və yaradılmış əlverişli investisiya mühitindən söz açan E. Məmmədyarov Portuqaliya şirkətlərinin bu imkanlarından faydalana biləcəyini deyib. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, TANAP və TAP layihələri haqqında məlumat verib. Nazir “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırıb. Tərəflər iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Görüşdə, həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələsinə də toxunulub. E. Məmmədyarov P. Ferreiranı ölkəmizə səfərə dəvət edib. Görüşdən sonra tərəflər Portuqaliyanın İqtisadiyyat Nazirliyində texniki nailiyyətlərə həsr olunmuş sərgiyə baxış keçiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Qulam İshaqzai: “Azərbaycanın dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir”
22.09.2017
 “Dövlət başçısı çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha Qarabağ münaqişəsinə yönəltdi”
22.09.2017
“Prezident BMT-dəki çıxışı ilə Sarkisyanın yalanlarını ifşa etdi”
22.09.2017
Ukrayna XİN rəhbərinin Azərbaycana səfəri planlaşdırılır
22.09.2017
NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gələcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7345

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info