İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb
Tarix: 16.11.2016 | Saat: 20:30:00 | E-mail | Çapa göndər
“Bu gün xəbər çox qısa və vizualdır. İkinci, bu gün rəqəmsallaşma davam edir, mobil cihazlarla xəbərlər verilir. Xəbərlərdə məzmun dəqiq olmalıdır. Bu gün yaxşı xəbər vermək üçün 8 saniyə kifayət edir”

İnformasiya kommunikasiya texnologiyaları bu gün həyatın bir çox sahələrini əhatə edir. Dünyada informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi mühüm faktora çevrilib. Bu gün insanlar xəbər əldə etmək üçün məhz İKT-nin imkanlarından istifadə edirlər. Belə ki, sosial şəbəkələr, mobil telefonlar bu sahədə mühüm rol oynayır.
Beləliklə, müxtəlif İKT vasitələrindən istifadə, dünyada daha tez xəbərin əldə edilməsində önəmli rol oynayır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir. Ölkəmizdə təşkil olunan Dünya Xəbər Agentliklərinin V Konqresi də bu istiqamətə yönəlib. Nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları qatılıblar.

Yonas Erikson:
“Bu gün dünya əhalisi yeni rəqəmsal vasitələrlə xəbərlər əldə edir”
Tədbirdə iştirak edən nümayəndələr bu gün informasiyanın əldə olunmasında İKT-nin mühüm rolu olduğunu bildiriblər. Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn bildirib ki, Dünya Xəbər Agentlikləri Konqresində çox əhəmiyyətli mövzular müzakirə ediləcək.
OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edib: “Bu Konqresin məhz Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq xəbər arenasında oynadığı rolla bağlıdır”. S. Mixaylov TASS agentliyinin OANA ilə sıx işlədiyini nəzərə çatdırıb.
Azərbaycana inkişaf yolunda uğurlar arzulayan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson bu gün dünyada müharibə, miqrasiya proseslərinin baş verdiyini xatırladıb: “Buna görə də etibarlı xəbərlər platforması çox vacibdir. Bu gün dünya əhalisi yeni rəqəmsal vasitələrlə xəbərlər əldə edir. İnanıram ki, iki gün ərzində çox səmərəli müzakirələrimiz olacaq, bir çox məsələlər həllini tapacaq”.
Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah Prezidentin tədbirin açılışında iştirakının tədbirin əhəmiyyətini daha da artırdığını vurğulayıb: “Bu konfransın məqsədi tərəfsiz, obyektiv xəbərlərin yayılmasını artırmaq, insanlara dünyada baş verən mühüm hadisələrin mahiyyətini anlamağa kömək etməkdir. Konqres xalqları sülhə çağırır. Dözümlülüyün, tolerantlığın yayılması sahəsində bizim də böyük məsuliyyətimiz var”.

Aslan Aslanov:
“Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır”
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə ölkəyə gəliblər: “Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Tədbirə dəstəklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm". A. Aslanov nəzərə çatdırıb ki, Azərbaycan Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir: “21 əsr keyfiyyətcə yeni bir dövrdür. İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb. Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır. Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır. Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir”.

Klayv Marşal :
“Bu gün mobil vasitələrlə xəbərlərin yayılması, reklam bazarının "Google" və "Facebook"un nəzarətində olması reallığı var”
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal deyib ki, bu gün mobil vasitələrlə xəbərlərin yayılması, reklam bazarının "Google" və "Facebook"un nəzarətində olması reallığı var: “Son 12 ildə peşəkar vəzifələrini yerinə yetirən 800-dən çox jurnalist öldürülüb. Eyni zamanda, çoxlu sayda jurnalist həbs edilir. Jurnalistlərin azadlıqda olması vacibdir”.
Avstraliyanın PwC əyləncə və media şirkətinin redaktoru Meqan Brounlou bu gün xəbər agentliklərinin ən canlı orqanizm olduğunu və dünyada baş verən dəyişiklikləri ən tez hiss etdiyini vurğulayıb: “Bu gün xəbər çox qısa və vizualdır. İkinci, bu gün rəqəmsallaşma davam edir, mobil cihazlarla xəbərlər verilir. Xəbərlərdə məzmun dəqiq olmalıdır. Bu gün yaxşı xəbər vermək üçün 8 saniyə kifayət edir”.

Abdelhamid Kaşa:
“İnformasiya kommunikasiya texnologiyalarının inkişafı xəbər agentliklərinə ciddi təsir göstərir”
“Bakı Konqresi medianın fərqli problemlərini, müasir dövrün çağırışlarını, informasiya məkanında baş verən dəyişiklikləri nəzərdən keçirmək üçün yaxşı imkandır”. Bu sözləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Azərbaycana gələn Əlcəzairin “APS” agentliyinin baş direktoru Abdelhamid Kaşa deyib. Dünya Xəbər Agentliklərinin V Konqresinin gündəliyi barədə fikirlərini bildirən baş direktor qeyd edib ki, bu gün informasiya kommunikasiya texnologiyalarının inkişafı xəbər agentliklərinə ciddi təsir göstərir. İndi xəbər əldə etmək üçün müxtəlif imkanlar mövcuddur: məsələn, sosial şəbəkələr, telefonlar və sair. Bütün bunlar bizim qarşımıza yeni tələblər qoymaqla yanaşı, həm də yeni informasiya istiqamətləri yaradır”. Abdelhamid Kaşa vurğulayıb ki, Konqres zamanı yüzdən çox iştirakçının media dünyasında mövcud çağırışlara cavab vermək üçün hansı addımların atılacağı barədə fikirlərini dinləmək çox maraqlı olacaq. Oxucunun xəbər izləmək vərdişləri dəyişir və informasiya agentlikləri öz mövqelərini qoruyub saxlamaq üçün müxtəlif vasitələrdən istifadə etməlidirlər. Bakı Konqresi bu sahədə təcrübə mübadiləsi aparmaq baxımından çox əhəmiyyətli platforma olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib
26.04.2017
“Almaniyadakı gənclərimiz Qarabağ mövzusunda araşdırmalar aparırlar”
25.04.2017
Ermənilər beynəlxalq aləmdən dəstək ala bilmirlər
24.04.2017
Isa Həbibbəyli: “Alimlər “erməni soyqırımı”nın gerçək mahiyyətini dünyaya göstərməyə davam edəcəklər”
21.04.2017
Əli Həsənov: “Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır”

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6281

1 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
2 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
5 “Ağır dərs proqramı uşaqları şikəst edir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info