DAA-nın vitse-prezidentinin Yaponiya qəzetində müsahibəsi yer alıb
Tarix: 17.11.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


2016-cı ilin Noyabr ayının 17-də Yaponiyanın yerli məşhur qəzetlərindən biri olan və gündəlik səhər satışı 1 milyon 23 min 378 nüsxə (axşam satışı 432 min 422 nüsxə) olan Hokkaydo qəzetində (Hokkaydo Şinbun) Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi, Yaponiya höküməti təqaüdçüsü, eyni zamanda həmyerlimiz Əlibəy Məmmədovun Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələri ilə bağlı geniş elmi müsahibəsi yer alıb. Qeyd edək ki, Əlibəy Məmmədov elmi səviyyədə professional olaraq Konfliktologiya elmi sahəsində araşdırmalar aparmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya və Yaponiya arasında Cənubi Kuril adaları problemi eyni zamanda Şrilanka milli vətəndaş müharibəsi mövzularında elmi tədqiqatlar aparır.
Müsahibədə bu ilin Aprel ayında baş vermiş “4 günlük müharibə”-dən söhbət açılmış, müharibənin nə zaman bitə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Sovet İttifaqının dağıldığı 1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi müstəqillik əldə etməyə cəhd göstərmişlər. Bu isə hər iki xalq arasında münaqişəyə səbəb olmuşdur. 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanana qədər kəskin müharibə davam etmiş və 30 mindən çox insan həyatını itirmişdir.
Bildirilmişdir ki, Ə. Məmmədov Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən universitetdə (Bakı Dövlət Universitetində) yapon dili bacarığına yiyələnmişdir. 2012-ci ilin Aprel ayından etibarən Hokkaydo Universitetinin Slavyan Avrasiya Araşdırmalar Mərkəzində araşdırmalar aparır.
Adı çəkilən mərkəzdə çalışan Ə. Məmmədov Dağlıq Qarabağ və Cənubi Kuril adalarının müqayisəli təhlilini aparır. Nə üçün bu mövzuya marağı olduğunu soruşduqda “Bizim nəsildə sülhə nail ola bilərikmi? Həll yolunun açarı nədədir” kimi suallara aydınlıq gətirmək üçün olduğunu bildirmişdir.
Müsahibədə xüsusilə qeyd edilmişdir ki, Rusiyanın dəstəyini əldə etmiş Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini faktiki olaraq nəzarəti altına keçirmişdir. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq öz yurd-yuvalarından didərgin salınmış 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin geri dönməsi məsələsi hələ də real görsənmir.
Ə. Məmmədov vurğulamışdır ki, “Bütün ərazilərini geri istəyən Azərbaycana qarşı Ermənistan qətiyyən geri qaytarmaq istəmir. İnsanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşırlar. Ona görə də münaqişənin həlli üçün “müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil”. Müsahibədə işğal altında olan Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsi də göstərilmişdir.
Müsahibədə o da qeyd edilmişdir ki, Ə. Məmmədov 2014-cü ildə Yaponiyanın yerli aidiyyəti olan qurumları ilə birlikdə Cənubi Kuril Adalarının keçmiş ada sakinləri olan 80 nəfərlə Sapporo və Nemuro şəhərlərində sorğu keçirmiş və onun nəticələrini yapon dilində elmi məqaləsində tamamlamışdır. Xüsusilə maraqlı məqam ondan ibarət olmuşdur ki, cavab verənlərin 78%-i rusların və yaponların birgə yaşamasına müsbət yanaşmışlar. Sadəcə 4% kəskin şəkildə qeyd etmişdir ki, buralar yapon torpağıdır və ruslar buradan çıxmalıdırlar.
Ə. Məmmədov bildirmişdir ki, müsahibə çıxandan dərhal sonra Yaponiyadan ismarıcların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar bu məsələyə ciddi maraq göstərirlər. “Ümid edirəm ki, Dağlıq Qarabağla bağlı xəbərləri Yaponiya ictimaiyyətinə yaymaq üçün bundan sonra da geniş imkanlarım olacaqdır”.

Fuad





 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info